Accessibility links

Respublikaçılar arasında Trampa dəstək artır [Video]


Respublikaçılar arasında Trampa dəstək artır
please wait

No media source currently available

0:00 0:01:26 0:00

Respublikaçılar arasında Trampa dəstək artır

Son rəy sorğularının nəticələri biznesmen Donald Trampın prezidentliyə digər respublikaçı namizədlərdən öndə getdiyini göstərir.

Sandersə dəstək dekabr ayından bəri 30 faiz artaraq, Klintonla bərabərləşib.

Quinnipiak Universitetinin apardığı sorğu nəticələri göstərib ki, Tramp 39 faiz dəstəklə üstünlük təşkil edir. Florida senatoru Marko Rubio və Texas senatoru Ted Kruz 18 faizlə arxada gəlir.

Amerikanin Səsinə Skayp vasitəsilə danışan Tim Malloy bunun Tramp üçün müsbət xəbər olduğunu deyir.

“Bu, Tramp üçün çox böyük bir xəbərdir. O yenə də Kruz və Rubio üzərində üstünlük əldə edib. Tramp qadınlardan 11 faiz, ali təhsili olmayan kişilərdən 10 faiz dəstək alıb.”

Prezidentliyə demokrat namizəd Berni Sanders
Prezidentliyə demokrat namizəd Berni Sanders

Demokratlar tərəfində isə sorğu nəticələri dəyişməz olaraq qalır. Belə ki, sabiq dövlət katibi Hillari Klinton Vermont senator Berni Sanders ilə bərabər dəstəyə sahibdir. Sanders ötən həftə Nyu Hempşirdə keçirilən praymeridə Klintona böyük fərqlə qalib gəlib.

“Sandersə dəstək dekabr ayından bəri 30 faiz artaraq, Klintonla bərabərləşib. Ona dəstək əsasən qarədrililər, ispandillilər və qadınlardan gəlib. Bu isə o deməkdir ki, əgər seçkilər bu gün keçirilsəydi onlar arasında qızğın bərabər mübarizə gedərdi.”

Şənbə günü Cənubi Karolinada respublikaçıların praymerisi, Nevadada isə demokratların kokusu keçiriləcək. Gələn həftə isə demokratlar Cənubi Karolinada, respublikaçılar da Nevadada yarışacaq.

XS
SM
MD
LG