ABŞ prezidenti Donald Tramp bu gün Ağ Evdə Vaşinqtonda səfərdə olan Portuqaliya prezidenti Marsel Rebel di Suzanı qəbul edib. Danışıqlardan sonra iki lider jurnalistlərin suallarını cavablandırıb.
Birgə mətbuat konfransında Tramp Amerika-Portuqaliya münasibətlərinə yüksək qiymət verdiyini bildirib.
Jurnalistlərlə söhbət zamanı Tramp həmçinin qarşıdan gələn ABŞ-Rusiya samminə toxunub. O deyib ki, Rusiya prezidenti Vladimir Putinlə zirvə görüşü çox güman Brüsseldə iylun 12-13 NATO sammitindən sonra Helsinkidə keçiriləcək.
Tramp jurnalistlərə Putinlə danışıqlar zamanı Suriyada münaqişə və Ukraynada durumu müzakirə edəcəyini bildirib.
Bu gün bundan öncə Rusiya rəsmiləri Putin və Tramp arasında zirvə görüşünün üçüncü ölkədə keçirilməsinə dair razılığın əldə edildiyini bildiriblər.
Bu açıqlama ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Moskvada Putin və Rusiyanın yüksək səviyyəli rəsmiləri ilə danışıqlar apardığı vaxt verilib.
Tramp və Putin arasında beynəlxalq sammitlər çərçivəsində iki görüş baş tutub. İki lider bir neçə dəfə telefon söhbəti aparıb.