ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə sammitlə bağlı verdiyi yeni açıqlamada görüşdən bir daha razı qaldığını bildirib, onu tənqid edənləri isə pisləyib.
“Bəzi insanlar mənim Rusiya prezidenti Putinlə yaxşı yola getdiyimə NİFRƏT edirlər. Onlar bunu deyil, müharibə görmək istəyərdi”, Tramp Twitter səhifəsindəki mesajında yazıb.
Bundan əvvəl Twitter səhifəsində daha bir mesajında isə o yazıb:
“Kəşfiyyatda yüksək səviyyəli bir çox adam mənim Helsinkidə mətbuat konfransında çıxışımı bəyənib. Putin və mən bundan əvvəl görüşdə bir sıra mühüm məsələləri müzakirə etmişik. Biz yaxşı münasibət qurmuşuq ki, bu da boks meydançası görmək istəyən bir çox bədxahın xoşuna gəlməyib. Böyük nəticələr gələcək!”
Prezident Tramp bu mesajları ABŞ-ın kəşfiyyat icmasının Rusiyanın 2016-cı ildə Birləşmiş Ştatlarda seçkilərə müdaxiləsi ilə bağlı nəticələrini qəbul etdiyini bildirməsindən bir neçə saat sonra yazıb. Bundan əvvəl isə o, Putinin Moskvanın müdaxiləsini inkar etdiyi şərhləri ilə razılaşdığını dermişdi.
“Mən kəşfiyyat icmasının Rusiyanın 2016-cı ildə seçkilərə müdaxilə etdiyinə dair nəticələrini tanıyıram.”, Tramp Ağ Evdə müxbirlərə bildirib. Lakin o bundan sonra “başqa adamlar da ola bilər, orada çox adam ola bilər” deyərək əlavə edib və bununla başqa ölkələrin də ABŞ seçkilərinə müdaxiləsinin mümkünlüyünü irəli sürmüş olub.
“Brüsseldə NATO görüşü triumf kimi qiymətləndirilib, üzv ölkələr daha sürətlə milyardlarla dollar maliyyə əlavə edib. Rusiya ilə görüş isə uzun müddət üçün daha böyük uğur olacaq. Bu görüşün çox müsbət nəticələri olacaq”, Tramp çərşənbə günü Twitter mesajında yazıb:
Şimali Koreyanın nüvə silahları proqramını dayandırması tələbini qeyd edərək Tramp daha sonra yazıb: “Rusiya münasibətlərimizin yaxşı və irəliləyişin olduğu Şimali Koreya məsələsində kömək etməyə razılıq verib. Heç bir tələsiklik yoxdur, sanksiyalar yerində qalır! Prosesin sonunda Şimali Koreya üçün böyük faydalar və maraqlı gələcək olacaq!”
Trampın Helsinkidə Putinlə birgə mətbuat konfransı zamanı verdiyi açıqlamalarından fərqli şərhləri respublikaçı və demokrat qanunvericilərin kəskin tənqidlərindən sonraya təsadüf eüdir. Qanunvericilər Trampın mətbuat konfransında Putindən daha zəif göründüyünü qeyd edib.