İnsan haqları qrupları, bir sıra amerikalı qanunverici və təqaüddə olan generallar və keçmiş səfirlər prezident Donald Trampın Rusiya prezidenti Vladimir Putini müdafiə etməsi ilə bağlı narahatlıqlarını bildirib.
Bazar günü Fox tele kanalına müsahibədə Tramp Putinə hörmət bəslədiyini bir daha bildirib. Aparıcı Bill O'Rayli (Bill O'Reilly) Rusiya prezidentini "qatil" adlandıraraq, onun fikrini soruşanda Tramp belə cavab verib: "Bizdə də çox sayda qatil var. Siz nə fikirləşirsiniz, bizim ölkə günahsızdırmı?"
Kreml Fox tele kanalından "qəbuledilməz və təhqiredici" adlandırdığı şərhlərə görə üzr istəməsini istəyib. O'Rayli bazar ertəsi günü proqram zamanı Rusiya tərəfindən ittihamları rədd edərək, "onunla 2023-cü ildə əlaqə saxlamağı" təklif edib.
Tramp çərşənbə axşamı günü Tvitter səhifəsində Putini tanımadığını və Rusiya ilə hər hansı biznesi olmadığını bildirib.
Tramp seçki kampaniyası zamanı Putin haqqında neqativ fikir söyləməyərək, Rusiya haqda suallara cavab verərkən dəfələrlə deyib ki, Putinlə və eləcə də başqa dünya liderləri ilə yaxşı münasibətlər qurulması ölkə üçün passiv deyil, aktiv ola bilərdi.
Human Rights Watch təşkilatının ABŞ proqramlarının həmdirektoru Mariya Makfarland Amerikanın Səsinə Trampın şərhlərilə əlaqədar naharat olduğu bildirib.
"Bu, bir sıra cəhətlərinə görə qəribə bir bəyanatdır. Lakin əsas məsələ bundadır ki, Tramp Rusiya hökuməti tərəfindən insan haqları sahəsində dəhşətli pozuntuları daim kiçildir. Biz son illər Rusiyada ifadə azadlığının və tənqidçiər və vətəndaş cəmiyyəti üzvlərinin real təqiblərə məruz qaldığının şahidi olmuşuq. Eyni zamanda, Rusiyanın Suriyada müharibə cinayətlərində iştirakını da görürük"-deyə Markfarland bildirib.
ABŞ-ın vitse-prezidenti Mayk Pens CBS tele kanalının "Face the Nation" proqramında müsahibədə Trampın ABŞ-ı Rusiyaya oxşatdığı fikrini rədd edib.
"Mən prezidentin şərhələrində mənəvi ekvivalent olduğu ideyasını qəbul etmirəm"-deyə o bildirib.
Biz son illər Rusiyada ifadə azadlığının və tənqidçiər və vətəndaş cəmiyyəti üzvlərinin real təqiblərə məruz qaldığının şahidi olmuşuq. Eyni zamanda, Rusiyanın Suriyada müharibə cinayətlərində iştirakını da görürük.Mariya Makfarland
Senatda respublikaçı əksəriyyətin lideri Mitç Makkonnell CNN tele kanalının "State of the Union" proqramında Trampın açıqlamaları ilə bağlı sualın cavabında prezidentin hər dediyi ilə bağlı tənqid söyləmək istəmədiyini deyib.
Lakin o, Putinin keçmiş KQB (Dövlət Təhlükəsizliyi Komitəsi) agenti olduğunu deyib və onu "quldur" adlandırıb.
"Biz ruslar kimi hərəkət etmirik"-deyə Makkonnell bildirib.
Digər respublikaçı və demokrat qanunvericilər Trampı Putinlə eyniləşdirilmədən imtina etməyib, əksinə Birləşmiş Ştatların da "qatil" olduğunu deməsinə görə kəskin tənqid ediblər.
Respublikaçı senator Süzan Kollins Amerikanın Səsinə deyib: "Burada heç bir mənəvi ekvivalent ola bilməz. Və bunun olduğu haqda fikir yürütmək bizim ölkəmizin tarixi və bizim fəaliyyətimizə hörmət etməmək deməkdir."
Demokrat senator Dayan Faynşteyn də Amerikanın Səsinə fikrini bildirib: "Birləşmiş Ştatlar Rusiyadan çox fərqli bir ölkədir. Biz avtokratlar ölkəsi deyilik. Biz despotizm ölkəsi deyilik. Biz azad demokratik ölkəyik, Rusiyadan çox fərqliyik."