Kremlin cümə axşamı bildirdiyinə görə, ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı koronavirus pandemiyası ilə mübarizədə Moskvaya tibbi yardım göndərməyi təklif edib.
Kreml iki prezidentin telefon söhbəti zamanı qlobal neft bazarlarının vəziyyətini, OPEK üzvü olan və olmayan ölkələr arasındakı hasilat sövdələşmələrini dəstəklədiklərini, neft qiymətlərinin sabitləşməsinə yardımlar məsələsini müzakirə etdiklərini bildirib.
Keçən ayın əvvəlində ABŞ Dövlət Departamentinin sözçüsü Rusiyanın koronavirsla mübarizəyə yardım üçün Nyu-Yorka tibbi avadanlıqlar göndərdiyini bildirmişdi.
"Martın 30-da Donald Tramp və Vladimir Putin arasındakı telefon danışığından sonra ABŞ Rusiyadan lazımi tibbi avadanlıqların, o cümlədən mexaniki ventilyator cihazlarının alınmasına razılıq verib” - deyə, məlumatda bildirilmişdi.
"Tramp bu humanitar yardımı minnətdarlıqla qəbul edib” - deyə, Kremlin sözçüsü Dmitri Peskov demişdi.
Trampın özü də Putinlə danışdıqdan sonra Rusiyanın köməyi barədə həvəslə danışmışdı.