Prezident Donald Tramp və birinci xanım Melaniya Tramp baş vermiş təbii fəlakətdən 13 gün sonra Puerto-Riko ərazisində səfərdə olub. ABŞ prezidenti bildirib ki, Maria qasırğası tərəfindən viran edilmiş adada insanların həyatını xilas etmək üçün külli miqdarda vəsait xərclənib.