Accessibility links

Tramp administrasiyası mühacirətlə bağlı sərtxətt siyasətinin preoritetlər siyahısını açıqlayıb


Tramp administrasiyası mühacirətlə bağlı sərtxətt siyasətinin preoritetlər siyahısını açıqlayıb.

İlk öncə ölkənin “green card” sistemi üçün 10 min mühacirət işçisinin qəbulu və prezidentin Meksika sərhədlərinə divar çəkilməsi məsələsinə yer verilib. Baxmayaraq ki, demokratların çoxu divar çəkilməsini qətiyyətlə rədd edir. Tramp administrasiyasının rəsmiləri prezidentin bunun müqabilində DACA adı ilə tanınan qanunu dəstəkləyəcəyində israr edəcəyini bildirir.

Valideynləri tərəfindən qanunsuz şəkildə ölkəyə gətirilən yüz minlərlə gəncin asılı olduğu DACA proqramının genişləndirilməsi təklif edilir.

Siyahıda “green card” yalnız həyat yoldaşı və azyaşlı uşaqlara tətbiq ediləcəyi də yer alır.

Keçmiş prezident Barak Obama tərəfindən başladılan Gənc Yaşda Gələnlər Müstəsna Aktı (DACA) sayəsində 800 mindən çox insana ölkədə yaşamaq və işləmək hüququ verilmişdi.

Aksiyanın məqsədi DACA proqramına daxil olanların və onların ailə üzvlərinin qorunması üçün prezident Tramp və Respublikaçı Konqresə mesaj göndərmək idi.

XS
SM
MD
LG