Böyük Britaniyanın baş naziri Tereza Mey ABŞ prezidenti Donald Trampın ona Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı danışıqlara görə Avropa Birliyini məhkəməyə verməsini məsləhət gördüyünü deyib.
Donald Tramp iyulun 13-də Teresa Meylə keçirdiyi birgə mətbuat konfransında jurnalistlərə deyib ki, Britaniyanın baş nazirinə belə bir təklif verib, amma o, bunu həddən artıq “kəskin” hesab edib.
BBC-nin müxbiri iyulun 15-də Meyə bu barədə sual verəndə isə baş nazir belə cavab verib: “O mənə dedi ki, Avropa İttifaqını məhkəməyə verməliyəm. Danışıqlara getmə, onları məhkəməyə ver”, Teresa Mey vurğulayıb.
Böyük Britaniya 2019-cu il martin sonunadək Avropa İttifaqından çıxmalıdır.
Britaniya sakinləri 2016-cı ildə ölkədə keçirilən referendum zamanı çüzi səs çoxluğu ilə ölkənin Avropa Birliyindən çıxmasına səs verib.
Amma baş nazir Mey bu günlərdə bəyan edib ki, Böyük Britaniya Avropa İttifaqındakı azad ticarət zonasında qalmaq istəyir.
Onun bu bəyanatı ölkə daxilində siyasi gərginliyə səbəb oldu və “Sərt Brexit” tərəfdarları olan bir neçə nazir buna görə istefa verdi.