London meri Sadiq Xan etirazçıların müraciətinə müsbət cavab verərək, onların Donald Trampı qəzəbli, narıncı rəngdə və uşaq bezi geyinmiş körpə kimi təsvir edən nəhəng derijabl uçurtmalarına icazə verib.
Etirazın ABŞ prezidentinin Britaniya paytaxtına növbəti həftəyə təyin edilən səfəri zamanı keçirilməsi planalaşdırılır.
Altı metr hündürlükdə olan hava şarı növbəti cümə günü iki saat ərzində Parlament binası üzərində uçurdulacaq.
Fəallar derijablı İnternet vasitəsilə topladıqları 20,000 dollar dəyərində ianələrin köməkliyi ilə hazırlayıblar.
Tramp üç günlük səfəri zamanı Kraliça Elizabet və baş nazir Tereza Mey ilə görüşəcək.