Accessibility links

Tramp kəşfiyyat xidmətinin rəhbərlərini “passiv və naiv” adlandırıb


ABŞ prezidenti kəşfiyyat xidmətinin rəhbərlərini İranın təhlükəsi baxımından “olduqca passiv və naiv” adlandırıb.

Donald Tramp əlavə edib ki, onlar məktəbə qayıtmalıdırlar.

Prezidentin ölkənin kəşfiyyat agentliklərinin rəhbərləri haqda qeyri-adi Twitter şərhi onun İran və dünyanın digər təhlükəli bölgələri haqda görüşlərini sual etmələrindən sonraya təsadüf edir.

Mərkəzi Kəşfiyyat Agentliyinin direktoru Gina Haspel deyib ki, İran faktiki olaraq 2015-ci il sazişinin şərtlərinə əməl edir.

Tramp tvit edərək bildirib ki, ABŞ-ın sazişdən çıxmasından sonra potensial təhlükə və qarşıdurma qaynağı olan İran çox dəyişib.

"Onlar raketləri (ötən həftə) sınaqdan keçirir və məqsədə çox yaxındır. Onları iqtisadiyyatın çökməsi dayandırır. İranla ehtiyatlı olun"- deyə, ABŞ dövlət başçısı yazıb.

Senatın Kəşfiyyat Komitəsində keçirilən dinləmələr zamanı ABŞ-ın kəşfiyyat xidmətlərinin rəhbərləri deyib ki, Pxenyandan gələn təhlükə keçən illə müqayisədə dəyişməz qalır. Onlar bildirib ki, Şimali Koreya nüvə proqramını rejimin xilası üçün yeganə yol hesab edir.və çox ehtimal ki, bundan əl çəkməyəcək.

Kommunist rejiminin nüvə ambisiyalarından əl çəkdirəcəyi ümidi ilə fəaliyyət göstərən Tramp isə yazıb ki, Pxenyanla əlaqələr heç vaxt olmadığından daha yaxşıdır, raketlər sınaqdan keçirilmir, cəsədlər qaytarılıb, əsirlər azad edilir.

XS
SM
MD
LG