Prezident Donald Trampın koronavirus peyvəndinin seçki gününə, noyabrın 3-nə qədər hazır olacağı ilə bağlı proqnozları həyata keçməyəcək.
Əczaçılıq nəhəngi Pfizer cümə günü bildirib ki, noyabr ayının sonuna qədər koronavirus peyvəndinin təcili istifadəsinə icazə istəməyəcək.
Peyvənd hazırlayan digər iki şirkətin işi dayandırılıb, dördüncünün isə ilin sonuna qədər nəticəsi olacağı ehtimalı yoxdur.
Tramp administrasiyası peyvəndin hazırlanmasını sürətləndirmək üçün yaradılan Warp Speed Əməliyyatının bir hissəsi olaraq, peyvəndin bir çoxuna seçkilərdən əvvəl ediləcəyini dəfələrlə desə də, hökumətdəki və xaricdəki elm adamları bu zamanın real olmadığını bildirib.
Bu ayın əvvəlində bununla razılaşmağa məcbur olan Tramp heç bir izahat vermədən siyasəti günahlandırıb.
"Seçkilərdən əvvəl hazır olmalı idi. Lakin açığını deyim ki, buna siyasət qarışır və bu, yaxşıdır. Onlar öz oyunlarını oynamaq istəyirlər. Seçkidən dərhal sonra olacaq"- deyə, COVID-19 müalicəsindən qısa müddət sonra Tvitter-də yayımladığı bir videoda bildirib.
Pfizer şirkətinin baş direktoru Albert Burla cümə günü verdiyi açıqlamasında peyvəndin təsirinın oktyabr ayının sonuna qədər aydın olacağını, lakin noyabrın sonuna qədər təhlükəsizlik mərhələsinə çatmayacağını deyib.
"Təhlükəsizlik bir nömrəli prioritetimizdir və belə də qalacaq" - deyə, o bildirib.
Pfizer peyvəndi yeni yanaşmanın tətbiq edildiyi peyvəndlərdən biridir. Xəstələrə ölü və ya zəifləmiş virus və ya mikrob parçası vurulmayacaq. Belə ki, vaksin koronavirusa qarşı genetik təlimatlara malik olacaq.