Accessibility links

Prezident Tramp Konfederasiya abidələrinin sökülməsindən gileylənir


Quldarlığın saxlanılması üçün Şimalla savaşmış Konfederasiya (Cənub) generalı Robert E. Lee-nin abidəsi. Riçmond, Virciniya. ABŞ-ın bir çox cənub şəhər və qəsəbələrində Konfederasiya abidələrlə şərəfləndirlib.
Quldarlığın saxlanılması üçün Şimalla savaşmış Konfederasiya (Cənub) generalı Robert E. Lee-nin abidəsi. Riçmond, Virciniya. ABŞ-ın bir çox cənub şəhər və qəsəbələrində Konfederasiya abidələrlə şərəfləndirlib.

Prezident Tramp cümə axşamı “gözəl” Konfederasiya heykəllərinin sökülməsindən gileylənib. Trampın son bəyanatları Virciniya ştatının Şarlottsvill qəsəbəsində Konfederasiya generalı Robert E. Lee-nin heykəli ətrafındakı parkda baş verən iğtişaşlar və onların doğurduğu debat fonunda cərəyan edir.

Tarixi dəyişə bilməzsən, ancaq ondan öyrənə bilərsən.
Donald Tramp, ABŞ Prezidenti

"Gözəl heykəllərin və abidələrin sökülməsi ilə möhtəşəm vətənimizin tarix və mədəniyyətinin tarmar edilməsini görmək kədərlidir,” Tramp Tvitterdə yazıb. “Tarixi dəyişə bilməzsən, ancaq ondan öyrənə bilərsən. Robert E. Lee, Stounuol Cekson – növbədə kimdir, Vaşinqton, Cefferson? Səfehlik!”

Tramp davam edib: “Habelə şəhər və qəsəbələrimizdən, parklarımızdan yığışdırılan bu əvəzolunmaz gözəlliyin yeri görünəcək.”

Ötən həftə Şarlottsvilldə baş verən iğtişaşlar Konfederasiya heykəllərinin müasir Amerika cəmiyyətindəki rolu barədə debatı canlandırıb. Tənqidçilər bu heykəllərin Cənubda quldarlığın müdafiəsi uğrunda döyüşmüş adamların və onların irqçi ideyalarının tərənnümü kimi təsvir edir.

Son bir neçə gündə Baltimor və Leksinqton şəhərlərində artıq bir neçə belə heykəl sökülüb.

İrqçi şüarlar səsləndirən qğ millətçilər "Sağı Birləşdir" başlıqlı yürüş keçirirlər. Şarlottesvill, Virciniya, 11 avqust, 2017.
İrqçi şüarlar səsləndirən qğ millətçilər "Sağı Birləşdir" başlıqlı yürüş keçirirlər. Şarlottesvill, Virciniya, 11 avqust, 2017.

Prezident Tramp Cənub generalı olmuş Robert E. Lee-ni Birləşmiş Ştatların baniləri ilə müqayisə edib.

“Bu həftə Robert E. Lee-dir,” Prezident çərşənbə axşamı Tramp Qülləsində etdiyi çıxışda deyib. “Gördüm ki, Stounuoll Ceksonun da heykəlini götürürlər. Görəsən növbədə Corc Vaşinqtondur? O biri həftə də Tomas Cefferson olacaq? Adamda sual doğur. Bu, harada dayancaq?”

Görəsən növbədə Corc Vaşinqtondur? O biri həftə də Tomas Cefferson olacaq? Adamda sual doğur. Bu, harada dayancaq?
Donald Tramp, ABŞ Prezidenti

Lakin Konfederasiya heykəllərinin sökülməsi barədə fikri soruşulanda, Tramp deyib: “Bu, məkanından asılı olaraq, yerli qəsəbə, icma və yaxud federal hökumətin səlahiyyətlərinə daxildir.”

Prezident Tramp Şarlottsvilldə yürüş keçirən ağdərili millətçilər, neo-nasistlər və başqa qrupları kəskin qınamadığına görə ABŞ-ın nüfuzlu Respublikaçı və Demokrat liderlərin tənqidlərinə məruz qalıb.

Baltimorda fəhlələr Vətəndaş Müharibəsi (1861-65) dönəmində quldarlığı müdafiə etmiş Konfederasiya generalı Robert E. Lee-nin heykəlini sökürlər. Uayman Park, Baltimor, ABŞ. 16 avqust, 2017.
Baltimorda fəhlələr Vətəndaş Müharibəsi (1861-65) dönəmində quldarlığı müdafiə etmiş Konfederasiya generalı Robert E. Lee-nin heykəlini sökürlər. Uayman Park, Baltimor, ABŞ. 16 avqust, 2017.

Şarlotsvilldəki yürüş Amerikada Vətəndaş Müharibəsi (1861-65) dönəmində quldarlığın saxlanması uğrunda savaşan və ABŞ-da ayrıldığını elan etmiş Konfederasiya qüvvələrinin komandanı Robert E. Lee-nin heykəlinin götürülməsi planlarına etiraz olaraq keçirilib. Baş verən iğtişaşlar zəminində 10-dan çox adam yaralanmış, 1 nəfər həlak olmuşdur.

XS
SM
MD
LG