Accessibility links

Trampın hakimiyyəti dövründə aparılan ətraf mühit və iqlim siyasəti [Video]


Trampın hakimiyyəti dövründə aparılan ətraf mühit və iqlim siyasəti
please wait

No media source currently available

0:00 0:03:21 0:00

Donald Tramp seçki kampaniyası zamanı fosil yanacaqları sənayesinə təkan verəcəyini vəd edirdi, ilim dəyişikliyi elminə isə skeptik yanaşırdı. Son bir ildə onun yürütdüyü siyasət də bu fikirlərə əsaslanıb.

Donald Trampın imza atdığı ilk qanunlardan biri prezident Obamanın ləğv etdiyi iki boru kəmərinin inşasının bərpasına air qanun oldu.

40 ildən çoxdur ki, Amerika enerjidən iqtisadi silah kimi istifadə edən rejimlərin təhlükəsinə açıq idi
Donald Tramp

Bu, Trampın milli təhlükəsizliyi qoruduğunu iddia etdiyi yeni enerji hökmranlığı doktrinasına doğru atılan ilk addım idi.

“40 ildən çoxdur ki, Amerika enerjidən iqtisadi silah kimi istifadə edən rejimlərin təhlükəsinə açıq idi,” deyə Tramp bildirib.

Lakin yeni texnologiya sahəsində Birləşmiş Ştatlar enerji idxal edən ölkədən enerji ixcrac edən ölkəyə çevrilib.

Prezident Tramp isə bundan faydalanmaq istəyir. O, ictimai ərazilərdə kömür, neft və təbii qaz axtarışlarının aparılmasına icazə verib, enerji istehsalı ilə bağlı qaydaları yumşaldıb və iqlim dəyişikliyinə qarşı mübarizə ilə bağlı qaydaları ləğv edib.

Buna prezident Obamanın elektrik stansiyalarından çıxan istixana qaz emissiyaları ilə bağlı qaydalarını ləğv etmək daxildir.

“Demək olar heç bir qanun bizim mədənçilərimizə, enerji sahəsinin işçilərinə və şirkətlərinə Amerika sənayelərinə qarşı hücumdan daha çox təhlükə yaratmır,” Tramp deyib.

Lakin tənqidçilər bir çox ştatın sənayelərini iflasa uğratmadan həmin qaydalarda qeyd olunan hədəflərə çatmağa yaxın olduğunu deyir. Onlar həmçinin Trampın Paris iqlim razılığından geri çəkilməsinin səbəblərini sual edir.

“Bu razılıq iqlimdən çox başqa ölkələrin Birləşmiş Ştatlar üzərində maliyyə üstünlük əldə etməyə yönəlib,” Tramp söyləyib.

Bu arada isə 2017-nin indiyədək ən isti üç ildən biri olacağı gözlənilir. Alimlər istilik dalğaları, fırtınalar və başqa ifrat hava şəraitlərində iqlim dəyişikliyinə dair getidkcə daha çox dəlil aşkar edib.

Tənqidçilər deyir ki, Tramp səylərini yanlış istiqamətlədirib.

Ümumdünya Ehtiyatlar İnstitutundan Nikolas Bianko deyir ki, administrasiyanın bir çox qərarı məhkəməyə verilib.

“Onlar hələ ki, məqsədlərinə nail olmayıb. Gələn il isə onlara qarşı etirazlar artacaq,” o söyləyib.

Mən düşünürəm ki, insan əməllərinin iqlimə təsirini dəqiq ölçmək mübahisəli məsələdir.
Skot Pruit

Şəhərlər, ştatlar və bizneslər etiraz edir. Məsələn Nyu York şəhərinin sabiq meri Maykl Blumberq ABŞ iqtisadiyyatının təxminən yarısını təmsil edən bu cür şəhər və bizneslərdən ibarət bir qrupa həm-sədrlik edir. Onlar ABŞ-ın Trampa rəğmən istixana qaz emissiyaları hədəfinə çatacaqlarına söz verib.

“Amerikalıların Vaşinqtonun Paris öhdəliyini yerinə yetirməsinə ehtiyacı yoxdur. Amma amerikalılar Vaşinqtonun onların bu öhdəlikləri yerinə yetirmələrinin qarşısına çıxmasına da icazə verməyəcək,” deyə Blumberq bildirib.

Emissiyaları azaltmaq artıq daha ucuza başa gəlir, çünki külək və günəş enerjisinin qiyməti getdikcə azalır. İndi artıq ölkənin bəzi hissələrində bərpa olunan enerji mənbələri fosil yanacaqlarına təhlükə yaradır.

Lakin Tramp administrasiyası elektrik bazarındakı qaydaları kömür sənayesinin xeyrinə dəyişməyi təklif edib.

Ətraf Mühitin Qorunması Agentliyinin (EPA) sədri Skot Pruit isə iqlim elminin özünü sual edir.

“Mən düşünürəm ki, insan əməllərinin iqlimə təsirini dəqiq ölçmək mübahisəli məsələdir,” o deyib.

Donald Tramp
Donald Tramp

Amma dünyanın aparıcı elmi cəmiyyətləri belə qərara gəlib ki, iqlim dəyişikliyin əsas səbəbi insan əməlləridir. Bianko deyir ki, Pruitin düşüncələri buna ziddir.

“Bu isə ictimai sağlamlığı qorumaqdan məsul EPA üçün çox məyusedici vəziyyətdir,” o söyləyib.

Bu il Kaliforniyada baş verən meşə yanğınları ilə başa çatır. Bu yanğınların iqlim dəyişikliyi səbəbilə artacağı gözlənilir. Ölkə boyu iqlim siyasəti ilə bağlı mübahisələr isə hələ də davam edir.

XS
SM
MD
LG