ABŞ-ın Ədliyyə Nazirliyi cümə günü ünvanladığı müraciətdə bildirilir ki, prezident Trampa məxsus hotellərin xaricdən ödənişlərin konstitusiyaya zidd olması ilə bağlı açılan məhkəmə işinin hüquqi əsası yoxdur və bu səbəblə iş bağlanmalıdır.
Yanvar ayında açılan məhkəmə işində bildirilir ki, Tramp konstitusiyanın “mükafatlar” müddüasını - konqresin təsdiqi olmadan xarici hökümətlərdən hədiyyə qəbul etmək qadağasını pozub. Xatırladaq ki, oğulları tərəfindən idarə edələn hotellərə sahibliyi hələ də Trampa məxsusdur.
Ədliyyə Nazirliyi qeyri-hökümət təşkilatlarının, restoran və hotel biznesi ilə məşğul olan fərdlərdən ibarət qrupun bu iddiasının hüquqi əsası olmadığını bildirir. Hökümət deyir ki, hotellərdə qəbul edilən ödənişlər konstitusiyanın “mükafatlar” müddəasına aid edilə bilməz.
İddiaçıların məhkəməyə göndərdikləri sənədlərdə bildirilir ki, konstitusiya prezidentin dövləti idarə etdiyi dövrdə kommersiya fəaliyyəti ilə məşğul olmasını qadağa edir. Sənədlərdə əlavə olaraq deyilir ki, xarici hökümətlər Trampla “yaxşı münasibət” əldə etmək məqsədilə səfərlər zamanı onun hotellərinə üstünlük verirlər.
Ədliyyə Nazirliyinin verdiyi şərhdə deyilir ki, 24,000 restoranın olduğu Nyu York şəhərində Trampa məxsus restoranlarda edilən ödənişlər iddiaçılara bu məhkəmə işini başlatmaq üçün kifayət edəcək zərəri verə bilməsi mümkün deyil.
Məhkəmə işinə sabiq prezident Barak Obama tərəfindən təyin olunan hakim Ronni Abrams baxacaq.