Accessibility links

Tramp: Federal agentliklər vətəndaş iğtişaşları ilə əlaqədar təhqiqat başladır


Bazar ertəsi ABŞ prezidenti Donald Tramp elan edib ki, Milli Təhlükəsizlik və Ədliyyə Nazirlikləri "Demokratların idarə etdiyi şəhərlərdə" "sol cinah vətəndaş iğtişaşları"ın təhqiqatına başlayır. O həmçinin əlavə edib ki, federal əməliyyatlar nəticəsində 100 nəfəri Oreqonun Portland şəhərində olmaqla, ümumilikdə 200 nəfər saxlanılıb.

“Amerikada biz heç vaxt kütlə idarəçiliyinə təslim olmayacağıq, əgər kütlə hökm sürürsə, demokratiya həqiqətən ölmüşdür” - deyə, Donald Tramp Ağ Evdə keçirdiyi brifinqdə bildirib.

Demokrat Partiyasından prezidentliyə namizəd Co Bayden prezident Trampdan bir neçə saat əvvəl çıxışı zamanı bildirmişdi ki, prezident "zorakılığın qarşısını ala bilməyəcək, çünki illərdir onu alovlandırır".

Tramp isə Co Baydennin strategiyasını "solçu kütləyə təslim olmaq" adlandırıb.

Bazar ertəsi günorta saatlarında keçmiş vitse-prezident Co Bayden kabel televizaiyası ilə yayımlanan Pitsburqdakı çıxışı zamanı kameralara baxaraq deyib ki, "Özünüzə sual edin, doğrudanmı mən iğtişaşçılar üçün zəif görünən radikal bir sosialist kimi görünürəm?"

Bayden iğtişaşçı və talançıların mühakimə olunmasına çağırıb. O həmçinin Trampı seçki mövsümü boyunca onun "siyasi can damar" olaraq gördüyü "xaos və şiddəti qızışdırmaq"-da günahlandırıb.

Bu ittihamların fonunda isə prezident seçkilərinə doqquz həftə vaxt qalır. Bayden milli səsvermələrdə Trampı qabaqlasa da bəzi əyalətlərdə hər iki namizəd arasında ciddi rəqabət var.

Çərşənbə axşamı Tramp Viskonsin ştatının Kenoşa şəhərinə səyahət etməyi planlaşdırır. Hansı ki, bu şəhərdə ötən həftə qaradərili Cakob Blake ağ dərili polis tərəfindən yeddi dəfə atəşə məruz qaldıqdan sonra iğtişaşlar başlayıb.

Hadisələrin cərəyan etdiyi bir vaxtda iğtişaşlar zamanı özünü qorumağa cəhd etdiyi iddia edilən bir ağ dərili yeniyetmə odlu silahla iki nəfəri öldürüb, üçüncüsünü yaralayıb.

Tramp Ağ Evdəki brifinq zamanı bildirbi ki, səfər zamanı güllənən Cakob Blake-in ailəsi ilə görüşməyi planlaşdırmır, çünki ailə görüşdə vəkilin də iştirak etməsini istəyib. Bundan əlavə prezident brifinqdəbirinci dərəcəli qəsdən adam öldürmə də daxil olmaqla beş ağır ittihamla üzləşən yeniyetmə Kyle Rittenhouse-unda hərəkətlərini tənqid etməkdən imtina edib. "Ona şiddətli hücum olub" deyən Trump jurnalistlərə Rittenhouse haqqında bildirib ki, nümayişçilərə atəş açmasaydı, "yəqin ki, öldürülə bilərdi".

Viskonsin qubernatoru Toni Evers isə öz növbəsində Trampa Kenoşa səfərini təxirə salmağa çağırıb. O bildirir ki, Trampın səfəri "vəziyyəti sabitləşdirmək cəhdlərimizə mane olacaq". "Sizin səfərinizin işlərimizi təxirə salmasından və birlikdə irəliləməyimizə mane olacağından narahatam" - deyə, o bildirib.

Ever Milli Qvardiya əsgərlərini Kenoşaya yerləşdirilməsi əmrini verib.
Və Blake-in güllənərək qismən iflic olduğu küçədəki şiddəti yatırmaq üçün əlavə federal hüquq-mühafizə orqanlarından kömək istəyib.

Bazar ertəsi Ağ Evindəki brifinqi zamanı CNN-in müxbiri Trampa onun tərəfdarlarının şənbə axşamı Portlandakı etirazçılara qarşı bibər qazı və boya topları atması barədə sual edib.

Prezident Portlandda yüzlərlə Tramp tərəfdarından ibarət konvoyun irqçilik əleyhinə etiraz aksiyasının içindən keçməyə cəhd edərəkən sinəsindən atəşlə vurulan Aaron “Jay” Danielson nəzərdə tutaraq deyib ki, "boya güllə deyil" və "sizin tərəfdarlarınız gənc bir centlmeni vuraraq öldürüb, boya topu ilə deyil güllə ilə. Və bunu rüsvayçılıq hesab edirəm”.

XS
SM
MD
LG