Accessibility links

ABŞ prezidentinin COVID-19 testinin müsbət çıxması səhm birjalarında təlaşla qarşılanır


Prezident Donald Trampın həyat yoldaşı ilə birlikdə COVID-19 testinin müsbət çıxdığını elan etməsindən sonra Asiya və Avropa səhm bazarlarındakı çöküşü ardınca cümə günü ABŞ-ın üç əsas indeksi də itkilər verib.

Dow Jones və S&P 500 sənaye indeksləri 1,2 faiz, texnoloji Nasdaq Composite isə 1,6 faiz aşağı düşüb ki, bu da ABŞ səhm bazarlarında qiymətlərin enişini göstərir.

Əmtəə ticarətində ABŞ xam neftinin bir barreli 2,97 faiz azalaraq $37,57 dollara, Brent xam neftinin qiyməti isə 2,76 faiz azalaraq, $39,80 dollara düşüb.

Dünyanın üçüncü ən böyük səhm indeksi olan Yaponiyanın əsas Nikkei birjası cümə axşamının qazanclarını əldən verərək 0.7 faiz itkiyə məruz qalıb.

Sidney, Sinqapur, Cakarta və Banqkok səhmləri də 1 faiz civarında düşüblər. Yalnız Manila və Wellington səhmləri qalxıb. Çində milli bayram olduğu üçün Honq Konq və Şanxay birjaları bağlı olub.

London, Paris və Frankfurt birjalarında səhmlər oxşar şəkildə dəyər itirib.

XS
SM
MD
LG