Accessibility links

Donald Tramp hakimiyyətinin ilk gününün bir hissəsini Mərkəzi Kəşfiyyat Agentliyində keçirib


ABŞ prezidenti Donald Tramp hakimiyyətinin ilk gününün bir hissəsini mübahisələrlə üzləşdiyi Mərkəzi Kəşfiyyat Agentliyində keçirib.

Onun agentliyi ziyarət etdiyi Ağ Evin mətbuat katibi Şon Spayser tərəfdindən Twitter-də təsdiqlənib.

Tramp CIA və digər kəşfiyyat orqanlarını Rusiyanın seçkilərə müdaxiləsinə dair iddialarına görə tənqid edib.

O, Mərkəzi Kəşfiyyat Agentliyini Rusiyanın ələ keçirdiyi məlumatları sızdıqmaqda ittiham edib.

ABŞ prezidentinin agentliyə gedişi Senatın onun CİA-in rəhbərliyinə nominasiya etdiyi Mayk Pompeonun namizədliyini nəzərdən keçirdiyi vaxta təsadüf edir. Respublikaçı qanunvericilər yubadılmanı agentliyin həftə sonu direktorsuz qaldığına görə tənqid edilir.

Bu arada Tramp prezident kimi ilk sərəncamlarını imzalayıb.

Sərəncam Obamacare adı ilə tanınan sığorta proqramı ilə bağlı "tənzimləmənin məhdudlaşdırılmasını" nəzərdə tutur.

Tramp bildirib ki, rəsmi adı "Affordable Care Act" olan Obamacare proqramı dövlət qurumlarına yük və israfçılıqdır.

2010-cu ildə qəbul olunmuş Obamacare proqramı əvvəllər sığortası olmayan 25 milyon amerikalıya səhiyyə xidmələrindən yararlanmaq imkanı verib.

Bundan başqa Tramp yeni təyinatlarla bağlı təkliflərini də Senata göndərib.

XS
SM
MD
LG