Britaniya qanunvericiləri Britaniyanın təhlükəsizlik xidmətinin sabiq gizli agenti tərəfindən Donald Tramp haqda hazırlanan mübahisəli sənədin açıqlanmasında təhlükəszilik xidmətinin rolu barədə araşdırma aparılmasını tələb edir.
Londonda 35 səhifəlik bu sənədin Britaniya-ABŞ əlaqələrinə xələl gətirəcəyinə dair qorxular artmaqdadır.
Qanunvericilər baş nazir Tereza Mey də daxil edilməklə, kabinet üzvlərinin Kristofer Stil tərəfindən hazırlanan sənədi görüb-görmədiklərini bildirməsini tələb edir.
Onlar hökumətin Trampı gözdən salmaq üçün hazırlanan sənədin hökumət tərəfindən necə dəyərləndirildiyini bilmək istəyir. Tələb sənədin ABŞ-ın Federal Təhqiqat Bürosuna təqdim edilməzdən əvvəl nə qədər dəqiq olduğunun müəyyən edilməsi mahiyyəti daşıyır.