Prezident Donald Tramp cümə günü bildirib ki, o, hazırda ABŞ-ın Kanadadakı səfiri Kelli Kraftı ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəsi olaraq Nikki Heylini əvəz etməyə nominasiya edir.
Respublikaçı donor olan Kraft bu həftə Senatın çoxluq lideri Mitç Makkonelin tövsiyyəsi əsasında vəzifəyə əsas namizədə çevrilib.
Ağ Evin yüksək səviyyəli rəsmisi deyib ki, Tramp BMT səfiri vəzifəsinin rütbəsini azaltmaq qərarı aldığına görə, Kraftın vəzifəsi Heyli kimi cabinet səviyyəsində olmayacaq. Buna baxmayaraq, onun namizədliyi Senat tərəfindən təsdiq olunmalıdır.
“Kelli xalqımızı gözəl təmsil edib və mən əminəm ki, onun rəhbərliyi altında bizim ölkəmiz ən yüksək səviyyədə təmsil olunacaq”, Tramp qərarını açıqlarkən Twitter-də yazıb.
Dövlət katibi Mayk Pompeo Kraftı “son dərəcə yaxşı ixtisaslaşmış” olduğunu söyləyib və onu “Amerikanın Kanadada milli təhlükəsizlik və iqtisadi maraqlarının mükəmməl müdafiəçisi” adlandırıb.
Məsələ ilə yaxından tanış olan bir mənbənin Reutersə bildirdiyinə görə, Kraft cümə günü Oval ofisdə Tramp, Pomp və milli təhlükəsizlik müşaviri Con Boltonla görüşüb.
O, Kanada və Meksika ilə əldə olunan yeni ABŞ ticarət razılığında iştirak edən sərt vasitəçi kimi nüfuz qazanıb, eyni zamanda isə ABŞ-ın Kanadadakı səfiri olaraq Konqresdə həm respublikaçılar həm də demokratlarla yaxşı iş münasibətləri qura bilib.
Çətin iş
Təsdiq olunsa, Kraftı Trampın “Birinci Amerika” siyasətini dəstəkləmək və Trampın BMT ilə bağlı tənqidlərini arasında qlobal diplomatları ABŞ siyasətini dəstəkləməyə razı salmaq kimi çətin öhdəlik gözləyir.
Diplomatlar deyir ki, oktyabr ayında vəzifəsindən istefa edən Heyli BMT-dəki həmkarları tərəfindən xarici siyasətlə bağlı tez-tez qarışıq mesajlar verən ABŞ administrasiyasında məsələlərə aydınlıq gətirən şəxs kimi görünürdü.
Kraft müxtəlif çətinliklərlə üzləşəcək. Buna İranın Yaxın Şərqdə nüfuzunun artmasının qarşısını almaq və Vaşinqton Pxenyanın nüvə və raket proqramlarına son qoymağa çalışdığı müddət ərzində BMT-nin Şimali Koreyaya qarşı sərt sanksiyalarını davam etdirməsini təmin etmək daxildir.
Kraft Trampın BMT-dəki vəzifə üçün ikinci seçimidir. O daha öncə Dövlət Departamentinin sözçüsü Hezer Nauerti nominasiya etməyi planlaşdırırdı, lakin o, ötən həftə ailəvi səbəblərdən dolayı namizədləyini geri çəkib.