Bir il öncə imkansız görünən bu gün artıq demək olar ki, qaçılmazdır. Nyu yorklu daşınmaz əmlak maqnatı Donald Tramp Respublikaçılar partiyasının nominasiyasını qazanmaq üçün tələb olunan nümayəndə sayını əldə edib. Bu isə ABŞ-la bərabər xaricdə də müzakirələrə səbəb olub.
Mərkəzi Manhettendə yerləşən Tramp qülləsi hər zaman ziyarətçiləri cəlb edib. Amma son il ərzində ziyarətçilərin sayı əvvəllərlə müqayisədə daha da çoxalıb.
Arizonadan gələn bu ziyarətçi kimi onların bəzisi Tramp tərəfdarıdır.
“O, sözünü açıq deyir. Nə hiss etdiyini dilə gətirir. Məncə o, Amerikanı yenidən qüdrətli edəcək.”
Vaşinqton ştatından olan başqa bir ziyarətçi isə Trampı dəstəkləmir:
“Məncə o, irqçi xuliqandır və mən Amerikanın bu hala gəldiyinə görə təəssüflənirəm.”
Birləşmiş Ştaltarın iqtisadiyyatını və siyasətini ayaqda tutan immiqrasiyadır. Bu səbəbdən də, əgər Tramp dediklərini etsə, çox güman ki, Amerika tarixin ən pis böhranını yaşayacaq.
Birləşmiş Ştatlardan kənarda isə Trampın nominasiyasına ən çox meksikalılar qarşı çıxır, çünki o, ABŞ-ın Meksika ilə sərhədini bağlamaq və daha sərt immirasiya qanunları tətbiq etməklə təhdid edir.
“Əgər sərhəd polisi elə indinin özündə istədiyini edirsə, təsəvvür edin, Tramp kimi ksenofob insan prezident olduqda onlar nə edəcək. Mühacirlər heç bir insan haqları ilə təmin olunmayacaq.”
Bu isə hadisələri Buenos Ayresdə müşahidə edən şəxsdir:
“Birləşmiş Ştaltarın iqtisadiyyatını və siyasətini ayaqda tutan immiqrasiyadır. Bu səbəbdən də, əgər Tramp dediklərini etsə, çox güman ki, Amerika tarixin ən pis böhranını yaşayacaq.”
Lakin Cənubi Amerikada hamı Trampın kobud üslubu və mübahisəli təkliflərinin əleyhinə deyil. Braziliyada Rio de Janeyro sakini deyir ki, bu mübahisələrin faydaları da var.
“Fikrimcə, bütün dünyada və əsasən də bir çox digər ölkələrə təsir göstərə bilən Amerikada Trampla bağlı müzakirələrin aparılması müsbət bir haldır.”
Brüsseldə bəziləri artıq Trampın prezidentliyinə hazırlaşır.
“ABŞ siyasətində böyük dəyişiklik olacaq və fikrimcə, bu, ABŞ-ın Avropa siyasətinə yanaşmasına təsir göstərəcək.”
“Onun prezident seçkilərində qalib gəlməsi faciə olar, çünki məncə, onun heç ABŞ-ın xarici siyasətindən və ya ölkədə baş verən hadisələrdən xəbəri yoxdur.”
Trampın Çinlə bağlı xoşagəlməz qeydlərinə baxmayaraq, çinlilər onun prezidentliyinə daha praktik tərəfdən yanaşır. Bu maska istehsalçısı Trampın qalib olacağını güman edir və ona görə də noyabrda satışlarının pik nöqtəyə catacağını gözləyir. Amma o, Demokratlardan da üz döndərmir. Onun fabrki Hillari Klintonun da maskalarını istehsal edir.