Accessibility links

Tramp Asiya səfərindən sonra vacib bəyanatla çıxış edəcək [Video]


Tramp Asiya səfərindən sonra vacib bəyanatla çıxış edəcək
please wait

No media source currently available

0:00 0:02:32 0:00

Bazar ertəsi digər Asiya-Sakit Okean regionu ölkələrinin liderləri ilə görüşündə ABŞ prezidenti Tramp təhlükəsizlik sahəsində əməkdaşlıq və dərinləşən ticarət əlaqələrindən bəhs edib.

Hər il keçirilən Cənub-şərqi Asiya Ölkələri Assosiasiyası sammitindəki danışıqlarda üstünlük fikir birliyinə və regional harmoniya ilə bağlı çıxışlara verilir. Bu isə o deməkdir ki, bu sammitdən mahiyyətcə vacib heç bir nəticə çıxmır.

Biz Şimali Koreya rejiminin düşüncəsiz təxribatları və regionda münaqişə yaratmaq hədələrinə son qoymasını təmin etmək istəyirik. Biz buu məsələdə eyni dəyərləri paylaşırıq. Sülh və sabitlik onillərdir milyardlarla insanın rifahını təmin edib və biz bunu davam etdirmək üçün əlbir olacağıq.
Malkolm Törnbul

Əsas məsələlər kənarda, prezidentlər və baş nazirlərin təkbətək danışıqları zamanı müzakirə olunur.

Bazar ertəsi prezident Tramp bu ayın əvvəli onu Tokioda qarşılayan Yaponiya baş naziri Şinzo Abeni Avstraliya baş naziri Malkolm Törnbul ilə planlaşdrılan görüşünə daxil edib.

“Biz Şimali Koreya rejiminin düşüncəsiz təxribatları və regionda münaqişə yaratmaq hədələrinə son qoymasını təmin etmək istəyirik. Biz buu məsələdə eyni dəyərləri paylaşırıq. Sülh və sabitlik onillərdir milyardlarla insanın rifahını təmin edib və biz bunu davam etdirmək üçün əlbir olacağıq”, deyə Törnbol bildirib.

Bu arada isə hazırda Sakit Okeanda üç ABŞ təyyarə daşıyıcısının iştirakı ilə böyük dəniz təlimi keçirilir.

ABŞ Donanmasının gəmiləri və təyyarələrinə Cənubi Koreya donanması ilə Yaponiyanın Dəniz Özünü-Müdafiə Qüvvələrinin gəmiləri də qoşulub.

Tramp deyir ki, o, Ağ evə döndükdən sonra çərşənbə günü Şimali Koreya və ticarət ilə bağlı vacib bəyanatla çıxış edəcək.

ABŞ prezidenti Donald Tramp, Yaponiya baş naziri Şinzo Abe və Avstraliya baş naziri Malkolm Törnbul
ABŞ prezidenti Donald Tramp, Yaponiya baş naziri Şinzo Abe və Avstraliya baş naziri Malkolm Törnbul

“Düşünrəm ki, həm bizim ölkəmiz həm də dünya üçün gözəl şeylər baş verdi. Bir çox məsələ həll olundu, ya da həll olunmaq üzrədir”, Tramp söyləyib.

Prezident deyib ki, Amerika şirəkləri onun səfəri zamanı 300 milyard dollarlıq satış edib.

Belə görünür ki, o pulun böyük hissəsi Pekinlə Hanoy arasında imzalanan qeyri-məcburi anlaşma memorandurumdan gəlib.

Tramp və digər liderləri hər kəs xoş qarşılamayıb.

Düşünrəm ki, həm bizim ölkəmiz həm də dünya üçün gözəl şeylər baş verdi. Bir çox məsələ həll olundu, ya da həll olunmaq üzrədir.
Donald Tramp

Minlərlə militant etirazçı ilə iğtişaş polisi arasında qarşıdurma yaşanıb. Polis etirazçıları deleqasiyaların gözündən iraq tutmaq üçün onlara qarşı təzyiqli sudan və dəynəklərdən istifadə edib.

Bir neçə insan yaralanıb, bəziləri isə həbs olunub.

Etirazçılar Trampın getməsini tələb edib və Filippinin keçmiş kolonial idarəçisi olan Birləşmiş Ştataları xarici ölkələrdə müharibə başlatmaq istəməkdə günahlandırıb.

ASEAN liderlərinin sammitində əldə olunan diqqətəlayiq bir nailiyyət odur ki, qrup illərdir danışıqlar aparıb heç bir addım atmamaqdan sonra bu dəfə nəhayət ki, bir neçə ölkənin ərazi iddiaları olan Cənubi Çin Dənizi üçün davranış qaydası ilə bağlı rəsmi danışıqlara başlamağa qərar verib.

XS
SM
MD
LG