Accessibility links

Tramp ABŞ-da antisemitizm hallarını qınayıb


Prezident Donald Tramp Afro amerikalıların milli tarix və mədəniyyət muzeyində nitq söyləyən zaman
Prezident Donald Tramp Afro amerikalıların milli tarix və mədəniyyət muzeyində nitq söyləyən zaman

ABŞ prezidenti Donald Tramp ölkədə son günlər antisemit təhdidləri qınayaraq, bu kimi hallara son qoyulmalı olduğunu deyib.

"Bizim yəhudi icması və yəhudi mərkəzlərinin ünvanına antisemit təhdidlər dəhşətlidir, ağrılıdır və nifrət, qərəz və şərin kökünün kəsilməsi üçün hələ nə qədər iş görməli olduğumuza dair çox kədərli bir xatırlatmadır"-deyə o bildirib.

Tramp bu açıqlamaları paytaxt Vaşinqtonda keçən il açılmış Afro amerikalıların milli tarix və mədəniyyət muzeyini ziyarət edərkən verib.

Prezidentin antisemit təhdidlərin qınanmasına dair mesajla Antidiffamasiya Liqasının (ADL) müxtəlif ştatlarda azı 10 yəhudi icmasının bazar ertəsi bomba hücumu təhdidi aldığına dair məlumat verməsindən sonra çıxış edib. Bu, il başlayandan dördüncü təhdid dalğasıdır.

ADL yəhudi mərkəzlərində bomba aşkar edilmədiyini və təhdidlərin "əsassız" olduğuna dair nəticə çıxarıldığını bildirib.

Keçən həftə Missuri ştatında Universiti Citidə təxminən 170 yəhudi məzarı vandalizmə məruz qalıb.

ADL Tramp administrasiyasını ABŞ-da antisemitizmin artması məsələrinin ünvanlanması məqsədilə plan hazırlamağa ağırıb.

Keçən həftə İsrailin baş naziri Benyamin Netanyahu ilə Ağ Evdə birgə mətbuta konfransı zamanı Trampa ABŞ-da antisetmitizmin artması ilə bağlı sual verilmişdi. Trampın bu halları qınamaq əvəzinə Seçki kollegiyasında qələbəsindən danışmağa başlaması və sualı qeyri-ədalətli adlandırması onun ABŞ-da antisemitizmin güclənməsi məsələsi ilə bağlı susduğuna dair tənqidlərə yol açıb.

Trampın keçən il noyabr seçkilərində opponenti olmuş denokrat Hillari Klinton prezidenti antisemitizmə qarşı daha güclü mövqe göstərməyə çağırıb.

XS
SM
MD
LG