ABŞ prezidenti Donald Tramp Amazon.com kimi onlayn satış şirkətlərinə üstünlük qazandıran və ədalətsiz biznes praktikalarına şərait yaradan siyasətə ciddi nəzər yetirəcəyini bildirib.
Cümə axşamı müxbirlərlə danışan Donald Tramp Amazon şirkətinin digər şirkətlərlə eyni bazar şəraitində biznes aparmadığı və kifayət qədər satış vergisi ödəmədiyini deyib.
Müxbirlərin onlayn satışla bağlı siyasətdə dəyişikliklər edib-etməyəcəyi ilə bağlı sualına Tramp cavab verib ki, bu məsələyə ciddi diqqət yetirəcək.
Tramp bu sözlərindən daha öncə Twitter vasitəsilə Washington Post qəzətini Amazon şirkətinin “baş lobbiçisi” adlandırmışdı.
Amazon şirkətinin təsisçisi və icraçı rəhbəri Cef Bezos eyni zamanda Washington Post qəzetinin sahibidir.
Daha öncə həm Bezos, həm də qəzet onun jurnalistik qərarlara müdaxilə etmədiyini bəyan edib.