Accessibility links

Tramp: `Nəyə görə Rusiya, Hindistan, Pakistan deyil, biz Əfqanıstandayıq?`


Tramp: `Nəyə görə Rusiya, Hindistan, Pakistan deyil, biz Əfqanıstandayıq?`
please wait

No media source currently available

0:00 0:02:38 0:00

Birləşmiş Ştatlar prezidenti Donald Tramp Əfqanıstanda 19 il davam edən mübarizədən sonra Taliban üsyançılarına qalib gəlinmədiyinə görə ABŞ generallarını tənqid edib. Çərşənbə günü Kabinet yığıncağından sonra müxbirlərlə görüşən Tramp generallara istədikləri pulun verildiyini, lakin onların Əfqanıstanda elə də böyük iş görmədiklərini deyib. Prezident Birləşmiş Ştatlardan minlərlə km. uzaqda yerləşən bir ölkəyə bu qədər pulun nəyə görə sərf edildiyini sual edib.

Birləşmiş Ştatların Əfqanıstandakı qüvvələrinin sayını azaldacağı barədəki planı Kabilin sülh danışıqlarındakı mövqeyini zəiflədəcəyinə dair narahatlıqlara səbəb olub.

Əfqanıstan haqda verilən sualın cavabında Tramp Birləşmiş Ştatların bu ölkədəki münaqişədə iştirakını sual altına alıb. "Nəyə görə Rusiya orada deyil? Nəyə görə Hindistan, Pakistan orada deyil? Niyə biz oradayıq? Biz oradan 10 min km. uzaqdayıq.”

Prezident Tramp deyib ki, 1980-ci illərdə Sovet İttifaqının Əfqanıstandakı mövcudiyyətinın səbəbi terrorçuların Sovet ərazilərinə keçərək, orada narahatlıqlar törətməsi idi. Lakin o, Əfqanıstandakı müharibənin Sovet İttifaqının iflasa uğramasına və dağılmasına səbəb olduğunu deyib.

Donald Tramp Birləşmiş Ştatların Əfqanıstan üçün bundan sonrakı xərclərini sual altına alıb. “General Mattis ona 700 milyard verdiyim üçün mənə təşəkkür etdi. O buna inanmırdı. General Mattis bir il sonra mən ona 716 milyard ayıranda da təşəkkür etdi. O buna da inanmırdı. Bəs o mənim üçün nə etdi? Əhfqanıstanda nə işlər gördü? O qədər də yaşxı işlər görmədi.”

Tramp ABŞ ordusunun Əfqanıstandakı bəzi strategiyalarını da tənqid edib. “4-5 həftə əvvəl mən bizim generallarla Taliban və İslam dövləti haqda danışırdım. Onlar bir-biri ilə döyüşür. Mən generallara “niyə qoymursunuz bir-biri ilə döyüşməyə? Niyə biz onların arasındayıq? Hər iki tərəf bizim düşmənimizdir, qoyun döyüşsünlər” dedim. Onlar isə mənə “biz bunu etmək istəyirik” dedilər. Onlar orada hər iki qrupla mübarizə aparır. Bu, mənim gördüyün ən ağılsız şeylərdən biridir” - deyə, o bildirib.

Tramp Birləşmiş Ştatlar ordusunun planının ictimaiyyətə açıq olmamalı və düşməndən gizli saxlanmalı olduğunu deyib.

Birləşmiş Ştatlar rəsmiləri sülh danışıqlarının təşkili ilə bağlı müzakirərlər aparmaq üçün Taliban nümayəndələri ilə keçən ay Birləşmiş Ərəb Əmirliklərində görüşüb. Əfqanıstandakı ABŞ və NATO hərbi qüvvələrinin sözçüsü David Batlerin dediyinə görə, bu il Əfqanıstanda on illərdir gedən müharibəyə son qoyulması üçün yaxşı imkanlar var. “2019 Əfqanıstana xüsusi və unikal bir fürsət gətirir. Fikrimcə, biz hamımız sülh danışıqlarında bir proqres olduğunu görürük. Əfqanlar və Talibanın qarşısında sülhün bərqərar olmasında ciddi bir fürsət var.”

Sülh razılaşması nəhayət Əfqanıstanda 40 ildir davam edən müharibəyə son qoya bilər.

XS
SM
MD
LG