Accessibility links

Tramp ABŞ-Meksika sərhədlərini bağlamaqla hədələyib


ABŞ prezidenti Meksika sərhədlərini bağlanacağı ilə hədələyib. Donald Tramp bildirib ki, Mərkəzi Amerika ölkələrindən miqrant axını dayandırılmasa sərhədlərə qüvvə yerləşdiriləcək.

Tramp Twitter hesabında yazıb ki, demokratlar miqrantlarla ABŞ-a hücum edir. Prezident miqrantların bəzilərini kriminal adlandırıb.

ABŞ dövlət başçısı Meksikanın qaçqın axınına mane olmadığı təqdirdə, Mərkəzi Amerika ölkələrinə yardımların dayandırılacağ ilə təhdid edib.

Tramp mühacirət xərclərinin azldılması və Meksika sərhədlərində divar tikilməsini istəyir.

Prezidentin hədələri bir neçə gün əvvəll Honduransdan miqranların Qvatemalaya və oradan Meksiya keçməsindən bir neçə gün sonra səslənib.

Miqrant karvanı yürüşünün təşkilatçısı Bartolo Fuentesin dediyinə görə, bu insanlar yoxsulluq və zorakılıq səbəbi ilə evlərini tərk edir. O, insanların öldüyünü, aclıq çəkdiyini deyib. Fuentes Meksika hökumətinə müraciət edərək, miqrantları normal həyatla təmin etməsini istəyib.

Karvana ilk öncə 1000 adamın qatılacağı gözlənilirdi. Lakin bu göstərici 1700 nəfər təşkil edib.

San Pedro Sula dünyada qətl baxımından ön sıralarda yer alır. Honduras əhalisinin 64 faizi yoxsulluq içərisində yaşayır.

ABŞ-ın vitse-prezidenti Mayk Pens Honduras, Salvador və Qvatemalanı kütləvi miqrant axınının dayandırılmasına çağırıb.

Miqrantların bəziləri Meksikada qaçqın statusu alıb. Digərləri isə ABŞ-a daxil olmaq üçün viza gözləyir. Onların bəzilərinin vizasız, qeyri-qanuni şəkildə Amerika sərhədlərini keçməyə cəhd edəcəyi təxmin edilir.

ABŞ dövlət katibi bu gün Panama və Meksiya səfər edir. Onun sabah Meksika prezidenti Enrike Pena Nieto ilə görüşü planlaşdırılıb.

Meksika Trampın şərhinə münasibət bildirməyib.

XS
SM
MD
LG