Prezident Donald Tramp çərşənbə axşamı deyib ki, yaxın zamanda abidələrin qorunması üçün sərəncam verəcək. Belə ki, Corc Floydun polis tərəfindən öldürülməsindən sonra baş qaldıran iğtişaşlar zamanı irqçiliklə mübarizəyə qalxanlar bir çox heykəlin qaldırılmasını tələb edir.
Trampın Konfederasiya liderlərinin və ya Amerika tarixinin digər xoşagəlməz dövrlərinə aid abidələrin qaldırılmasının əleyhinə olduğu aydın edib.
Ağ Evdən Arizonaya səfərə çıxan Tramp "çox qısa bir müddətdə sərəncam verəcəyini" deyib.
İrqi ayrı-seçkilik və bərabərsizliyə qarşı ölkə boyu etirazların keçirildiyi bir vaxt prezident Tramp ABŞ tarixinin nifrət doğuran səhifələrini xatırladan abidələrin aradan qaldırılması ilə bağlı dair əhval-ruhiyyənin çox irəlilədiyini deyənlərin tərəfini tutub.
Tramp bazar ertəsi prezdent Endrü Caksonun Ağ Evin qarşısındakı Lafayet parkında heykəlini salmağa çalışanların Veteran Abidələrinin Qorunması Aktına əsasən 10 il həbs cəzası ilə qarşılaşdığını deyib.
Tramp Twitter səhifəsində "Ehtiyatlı olun" deyə, yazıb.
Endryu Cekson Trampın ən sevimli prezidentlərindən biridir.
Trampın qeyd etdiyi Federal qanuna əsasən, Amerika Birləşmiş Ştatlarının silahlı qüvvələrində hər hansı bir şəxsin və ya şəxslərin xidmətlərini xatırladan abidə, xatirə lövhəsi, heykəl və digər dövlət əmlakına qəsdən xəsarət yetirən və ya məhv edən, ya da xəsarət yetirməyə, məhv etməyə cəhd göstərən hər kəs üçün cərimə və ya 10 ilə qədər həbs cəzası, ya da bunların hər ikisi nəzərdə tutulur.