Yaponiyanın baş naziri Şinzo Abe və ABŞ prezidenti Donald Tramp arasında keçirilən iki günlük danışıqlar zamanı Şimali Koreya əsas mövzu idi. Bazar ertəsi müxbirlərlə görüşən Abe bildirib ki, Şimali Koreyanın silah inkişaf etdirilməsi ilə bağlı bütün variantlar masa üzərindədir. Tramp isə ABŞ-ın Yaponiya və regionda olan digər müttəfiqləri ilə həmrək olduğunu bildirib.
Tokionun Akasaka Sarayında ABŞ prezidenti ilə yanyana dayanan Yaponiyanın baş naziri Şimali Koreya ilə danışıqlar xətrinə danışılar etməyin heç bir mənası olmadığını və Pxenyana maksimum təzyiq etmək zamanı gəldiyini deyib.
“Prezident Tramp ilə birlikdə biz təsdiq edirik ki, Şimali Koreya problemi məsələsində 100 faiz birlikdəyik. Yaponiya və ABŞ birlikdə çalışaraq, Çin və Rusiya da daxil olmaqla aidiyyatı olan ölkələrlə yaxınlarşaraq, Şimali Koreyaya qarşı beynəlxalq icmanın təzyiqlərin artırılmasına çalışacayıq.”
Tramp Şimali Koreyanın nüvə sınaqlarını və dəfələrlə Yaponiyanın üzərindən ballistik raket buraxmasını beynəlxalq sülh və sabitliyə hədə olduğunu bildirib.
“Biz buna göz yummayacayıq. Strateji sakitlik dövrü bitdi. Bəzi insanlar deyirlər ki, mənim ritorikam çox sərtdir. Amma görün son 25 ildəki yumşaq ritorika bizi hara gətirib.”
Şimali Koreya insanları haqqında sual aldıqdan sonra ABŞ prezidenti qarşıdurmanın həll olunmasına ümid etdiyini bildirirdi.
“Onlar çox repressiv rejim altında yaşayırlar. Sizə onu deyər bilərəm ki, mən hər şeyi həll olunacağına ümid edirəm. Bu hər kəs üçün yaxşı olacaq.”
Tramp həm də minlərlə ABŞ əsgərinin Yaponiyada yerləşdiyini qeyd etdi və bildirdi ki, Yaponiya höküməti Şimali Koreyanın raketlərinə qarşı müdafiə oluna bilmək üçün çoxlu sayda Amerika hərbi sursatları əldə edəcəyinə ümid edir.