Accessibility links

Tramp Çin mallarına tarif tətbiqini təxirə saldı


ABŞ prezidenti Donald Trampın dünyanın iki qüdrətli iqtisadiyyatı arasında ticarət danışıqlarında əhəmiyyətli tərəqqi əldə edildiyindən Çinə yeni tarifləri təxirə saldığını elan etməsindən sonra Çinin səhm birjalarında beş faizə yaxın yüksəliş qeydə alınıb.

“Bu, ABŞ və Çin üçün yaxşı həftəsonudur” , Tramp tviterdə yazıb. O deyib ki, hər iki tərəf intellektual mülkiyyətin qorunması, texnologiya ötürülməsi, kənd təsərrüfatı, xidmətlər, valyuta və bir çox digər mövzular da daxil olmaqla, struktur məsələlərində əhəmiyyətli tərəqqi əldə edib.

Prezident razılıq əldə edilmədiyi təqdirdə martın 1-indən etibarən 200 milyon dollar dəyərində Çin mallarına tarifləri 10 faizdən 25 faizə artıracağını nəzərdə tuturdu.

Yekun razılığın əldə edilməməsinə baxmayaraq, Tramp danışıqlar yaxşı davam etdiyi təqdirdə yeni tariff tətbiqini müvəqqəti təxirə salacağını demişdi.

ABŞ prezidenti tərəflərin razılıq əldə etməyə nə qədər yaxın olduqları barədə fikir bildiriməyib. Lakin o, razılığı tamamlamaq üçün Çin prezidenti Şi Tsinpinqlə Mar-a-Laqo istirahət mərkəzində zirvə görüşü keçirəcəyini bildirib.

Tramp və Şi razılığın üzərində işləmək üçün dekabrda ticarət müharibəsini 90 günlüyünə dayandırdıqlarını elan etdikdən sonra yüksək səviyyəli ABŞ və Çin rəsmiləri Pekin və Vaşinqton şəhərlərində bir sıra ticarət danışıqları keçirib.

ABŞ uzun zamandır Çini bir sıra ədalətsiz ticarət fəaliyyətlərində təqsirləndirir. Buna intelektual mülkiyyətin oğurlanması və Çində biznes qurmaq istəyən ABŞ şirkətlərindən ticarət sirlərini onlarla bölüşməyi tələb etməsii kimi ittihamlar daxildir.

Çin ittihamları rədd edir və deyir ki, ABŞ Çinin iqtisadi inkişafını zəiflətmək üçün ticarət pozuntularında təqsirlidir.

XS
SM
MD
LG