Accessibility links

Trampın vəkili ilə bağlı təhiqat aparan ABŞ prokuroru istefa verməkdən imtina edir


Coffri Berman
Coffri Berman

Prezident Donald Trampın şəxsi vəkli Rudolf Culiani ilə bağlı təhiqiqat aparan ABŞ-ın yüksək vəzifəli federal prokuroru administrasiyanın onu əvəzlədiyini elan etməsinin ardınca cümə günü vəzifədən getməkdən imtina edib.

Bu qarşıdurama baş prokuror Vilyam Barrın atdığı qeyri-adi addımlardan biri nəticəsində baş verib. Tənqidçilər bu addımların Trampa siyasi mənfəət qazandırmaq məqsədi daşıdığını və Ədliyyə Departamentinin müstəqilliyinə xələl gətirdiyini deyir. Bundan əlavə Tramp həmçinin onu tam dəstəkləməyən rəsmiləri də vəzifədən çıxarmaq niyyətinədir. O, son bir necə həftədə bir neçə idarənin başçısını işdən çıxarıb. Onlar arasında bu il Trampın impiçmentində əsas rol oynayan rəsmi də var.

Barr sürpriz bir şəkildə ABŞ-ın Manhattandakı prokuroru Coffri Bermanın vəzifədən getdiyini və onun yerinə Qiymətli Kağızlar və Birja Komissiyasının sədri Cey Kleytonun təyin olunacağını elan edib.

Yüksək-profilli terrorizm, Wall Street-dəki maliyyə cinayətləri və hökümətdə korrupsiya hallarını araşdıran prokuroluğa rəhbərlik edən Berman Barrın qərarından onun press-relizindən sonra xəbərdar olduğunu və səssiz bir şəkildə vəzifədən getməyəcəyini deyib.

“Mən istefa etməmişəm və tutduğum vəzifədən istefa etmək niyyətim yoxdur. Mən prezidentin nominasiyasını irəli sürdüyü namizəd Senat tərəfindən təsdiq olunandan sonra vəzifədən gedəcək. O zamana qədər təhqiqatlarımız heç bir geçikmə və əngəl olmadan davam edəcək,” Berman bəyanatında bildirib.

Berman 2018-ci ilin yanvar ayında vəzifəyə təyin olunandan bəri Trampın çevrəsindəki insanlarla bağlı təhqiqat aparmaqdan çəkinməyib. Onun rəhbərlik etdiyi idarə Trampın keçmiş şəxsi vəkili Maykl Kohenə qarşı ittihamlar iləri sürüb, Culianinin iki iş ortağına qarşı iddia qaldırıb və Ukraynada Trampın sisyasi rəqibləri ilə bağlı mənfi məlumat toplamaq səylərinə görə Culiani ilə bağlı təhqiqat başladıb.

Müstəntiqlər Culianiyə qarşı ittiham irəli sürməyib. Bermanı kəskin bir şəkildə vəzifədən kənarlaşdırmaq cəhdi Ədliyyə Departamenti keçmiş milli təhlükəsizlik müşaviri Con Boltonun kitabının nəşrinin qarşısını almaq üçün federal məhkəməyə müraciət etdiyi vaxta təsadüf edib. Bolton öz kitabında Trampı Bermanın idarəsinin apardığı təhqiqata müdaxilə etməyə çalışmaqda ittiham edib.

“Cümə gecə verilən vəzifədən kənarlaşdırılma qərarı hüquqi prosesdə korrupsiya olma ehtimalına işarə edir. Prezident Trampı nə qəzəbləndirir? ABŞ prokurorunun öncəki təhqiqatları yoxsa indiki?”ABŞ-ın yüksək səviyyəli Demokrat senatoru Çak Şumer sual edib.

Nümayəndələr Palatasının Ədliyyə Komitəsinin sədri Demokrat Cerold Nadler Bermanı ifadə verməyə çağırmaq istədiyini deyib.

XS
SM
MD
LG