Accessibility links

Trampın müraciəti: İqtisadi yardım paketi və səyahət qadağası


Trampın müraciəti: İqtisadi yardım paketi və səyahət qadağası
please wait

No media source currently available

0:00 0:02:18 0:00

Trampın müraciəti: İqtisadi yardım paketi və səyahət qadağası

Birləşmiş Ştatlarda 1000-dən çox yoluxma halı və 32 ölüm hadisəsi qeyd edildiyi vaxt ABŞ prezidenti Donald Tramp koronavirusa qarşı görünməmiş tədbirləri elan etdi.

“Biz Avropadan Birləşmiş Ştatlara növbəti 30 gün ərzində bütün uçuşları dayandırırıq, yeni qaydalar cüm günü gecə yarı qüvvəyə minəcək.”

Avropadan səfər qadağası Britaniyaya şamil olmur.

Tramp həmçinin ABŞ-ın Kiçik Biznes Admnistasiyasına virusa görə zərər görmüş biznesleri kreditlə təmin etmək haqda göstəriş verib.

Tramp Konqresin kredit proqramına əlavə 50 milyard dollar məbləğində maliyyə ayırmasını istəyib. O, Maliyyə Departamentinə bəzi şəxslər və bizneslər üçün vergi ödəmələrini təxirə salmağı tapşırıb və yaşlı insanlar üçün qocalar evində lazım olmadığı halda tibbi ziyarətləri etməməyi tövsiyə edib.

“Mən Konqresi amerikalıları gəlir vergisindən güzəştlə təmin etməyə çağırıram, ümid edirəm ki, onlar bunu ciddi şəkildə nəzərdən keçirəcək.”

Tramp daha öncə bankların icraçı direktorları ilə görüşüb. Onlar bankların durumunun yaxşı olduğunu və maliyyə axınını təmin etməyə kömək edə biləcəyini bildirib.

Wall Street virusun sürətlə yayılması və bunun iqtisadi təsirləri ilə bağlı qeyri-müəyyənliklə qarşılaşıb. Dow Jones indeksi bu həftə daha da enərək, aksiya birjası bağlanarkən 6 faiz düşüb.

Piter Kardillo, Spartan Capital Securities:

“Maliyyə bazarında bu vəziyyət davam edəcək və biz bir növ kapitulyasiya səviyyəsinə gələcəyik. Fikrimcə, maliyyə bazarında durum koronavirusla bağlı xəbərlərdən asılı olacaq.”

Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu rəsmən pandemiya elan etdi.

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Gebreyesus.

“Biz epidemiyanın həyəcanverici dərəcədə yayılması və ciddiliyi, eləcə də həyəcan doğuracaq səviyyədə fəaliyyətsizliyə görə dərin narahatlıq keçiririk. Buna görə də biz COVİD-19-un pandemiya kimi xarakterizə edilməsi haqda nəticəyə gəlmişik.”

Ağ Ev Konqresdəki respublikaçı liderlərlə yüz milyardlarla dollar həcmində yardım paketi üzərində işləyir. Nümayəndələr Palatasındakı Demokratlar öz layihələrini təqdim edəcək.

XS
SM
MD
LG