Accessibility links

Traktor klubunun sahibi: İran futbolunda korrupsiya var


Traktor klubunun azarkeşləri
Traktor klubunun azarkeşləri

Traktor futbol klubunun sahibi Məhəmmədrza Zunuzi İran televizasiyaslnda ölkənin futbolunda mütəşəkkil koorupsiya və ayrı-seçkilik olduğunu irəli sürüb.

İran Azərbaycanında və ölkənin digər türk bölgələrində populyar komanda olan Traktor klubunun sahibi İran televizisiyasının "Formula 1" adlı verlişində Traktor komandasının çempion olmasına mane törədildiyini iddia edib.

O deyib ki, İran futbol liqasında birinci və ikinci yer müəyyənləşdirilib və digər komandalar üçüncü və sonrakı yerlər üçün mübarizə aparır.

Zunuzi futbolda hakimlərin qərəzli olduqlarını irəli sürərək deyib: "Bizim məğlubiyyətlərimizin səbəbi nədir? Videoları izləyin, mən demirəm ki, futbol hakimliyində xüsusi bir olay baş verir, amma inanıram ki, əgər br yerdən sifariş olunmasa belə tərəf saxlamaq var. Futbolda mütəşəkkil korrupsiya barədə danışıram və bunun üçün dəlillərim var."

Traktor klubunun sahibi əlavə edib: "İnanıram ki, Traktor azarkeş sayı Tehranın komandalarının azarkeşlərindən daha çoxdur, onlar qədər Traktora da dəyər versinlər."

"Futbol Federasiyası daha öncədən müəyyənləşdirilmiş son nəticələrlə bağlı cavabdeh olmalıdır. Normal bir izləyici son matçları və quruluş növünü müşahidə edərsə nəticələrin daha öncədən müəyyənləşdirilmiş olduğunu anlayacaqdır. Sepidrud komandası ilə matçımızda çəmən üstünə qranul tökmüşdülər. Kimsə bizə cavabdeh deyil" - deyə, Zunuzi söyləyib.

O həmçinin bəzi televizya aparıcılarının tərəfli yanaşmasını da tənqid edib. İki həftə öncə Traktor klubunun İdarə Heyətinin sədri Abbas İlyasi İran Teleradio Qurumunun sədri Əli Əsgəriyə məktub ünvanlayaraq, televiziya proqramlarında Traktor komandası və türklərə qarşı sərgilənən ayrıseçkilik və “aparteid” anlayışına etiraz bildirmişdi.

Tehranın Persepolis klubu Zunuzinin sözlərinə reaksiya göstərib. Klub Etika və İntizam komitəsinin Traktor klubunun sahibi tərəfindən irəli sürülən iddialarla bağlı tədqiqat aparmalı olduğunu və iddiaların sübut edilmədiyi halda, Zunuzini üzr istəməyə məcbur etməli olduğunu qeyd edib.

XS
SM
MD
LG