Accessibility links

Krım körpüsündə hərəkət bərpa olunub


Oktyabrın 8-də səhər saatlarında partlayış nəticəsində zədələnən Krım körpüsündə avtomobillər və avtobuslar üçün hərəkət bərpa olunub. Bu barədə ilhaq edilmiş Krımın Rusiya tərəfindən təyin olunan rəhbəri Sergey Aksenov məlumat verib. Onun sözlərinə görə, avtomobillərin tam texniki baxış proseduru ilə körpüyə çıxmalarına icazə veriləcək.

Körpünün avtomobillər üçün nəzərdə tutulan hissəsinin zədələnməmiş hissəsində nəqliyyatın hərəkəti bərpa olunub. Bu isə körpünün eninin təxminən yarısı, yəni bir neçə zolaqda hərəkətin bərpa edildiyi deməkdir. Hələlik yük maşınlarının körpüyə çıxmasına icazə verilmir. Aksenovun sözlərinə görə, onlar Kerç bərə keçidinə yönləndiriləcəklər, ancaq bu keçid hələ ki, işləmir.

Bundan öncə isə bildirilmişdi ki, oktyabrın 8-də axşam saatlarınadək Krım körpüsündə qatarların hərəkəti bərpa olunmalıdır. Sankt Peterburq və Moskvadan Sevastopol və Simferopola gedən qatarların cədvəl üzrə yola düşəcəyi iddia edilir. Artıq Krım şəhərlərindən qatarlar Moskva və Sankt-Peterburqa yola düşüb.

Kerç körpüsündə partlayış 8 oktyabr səhər saatlarında baş verib. Hadisə yerində çəkilən video və şəkillərdə yolun, və yük qatarının yandığı, yolun bir hissəsinin dağıldığı görünür. Körpüdə hərəkət tamamilə dayandırılmışdı. Milli terrorla mübarizə komitəsi körpüdə yük maşının partladığını bildirib. Nəticədə qatarın 7 yanacaq çəni yanıb. İstintaq Komitəsi partlayış nəticəsində 3 nəfərin öldüyünü iddia edir.

Krım yaradasını Rusiya ilə birləşdirən avtomobil və dəmir yolu körpüsündə yük maşının partlaması nəticəsində körpünün bir hissəsinin dağılması ilə Rusiyanın Ukraynanın cənubunda əməliyyatlarını davam etdirməsi üçün mühüm olan nəqliyyat yoluna ziyan dəyib.

Moskva Ukraynanı günahlandırmasa da, Krımın Kremlin dəstəklədiyi regional parlamentinin spikeri dərhal Kyivi günahlandırıb və körpüyə dəyən ziyanın miqyasının kiçik olduğunu göstərməyə çalışıb.

“İndi onların fəxr edəcəkləri bir şey: 23 illik idarəçilikləri ərazində onlar Krımda diqqətə layiq heç nə inşa edə bilməiblər, amma Rusiya körpüsünün üzərini zədələməyə nail olublar,” dövlət şurasının sədri Vladimir Konstantinov Telegram-da yazıb.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova Telegram-da “Kyiv rejiminin mülki infrastrukturu dağıtması onların terrorçu xarakterini üzə çıxarır” yazıb.

Kyiv rəsmi olaraq məsuliyyəti üzərinə almayıb, amma Ukrayna rəsmiləri dəfələrlə körpünü vurmaqla hədələyib.

Ukrayna hökumətinin rəsmi Twitter hesabında isə “əla yanğın” yazılıb.

Ukrayna Prezidenti Volodimir Zelenskinin müşaviri Mixailo Podolyak hücumu alqışlayaraq “Krım, körpü, başlağıc. Qanunsuz hər şey məhv edilməlidir, oğurlanan hər şey Ukraynaya qaytarılmalıdır, Rusiya tərəfindən işğal olunan hər şey qovulmalıdır,” deyə Twitter-də yazıb.

Ukraynanın poçt xidməti partlayışın xatirəsinə poçt markaları buraxacağını açıqlayıb.

Rusiyanın İstintaq Komitəsi bildirib ki, partlayan yük maşını Rusiyanın cənubunda Krasnodar regionunun bir sakininə aid olub. Qeyd olunub ki, müstəntiqlər istintaq çərçivəsində onun evinə gediblər və onlar yük maşınının marşrutu və digər detalları araşdırırlar.

XS
SM
MD
LG