Accessibility links

ABŞ və Çinin baş diplomatları İndoneziyada görüş keçirib


ABŞ Dövlət katibi Antoni Blinken və Çin xarici işlər naziri Vanq Yi. Cakarta, İndoneziya. 13 iyul, 2023.
ABŞ Dövlət katibi Antoni Blinken və Çin xarici işlər naziri Vanq Yi. Cakarta, İndoneziya. 13 iyul, 2023.

ABŞ Dövlət katibi Antoni Blinken cümə axşamı İndoneziyada Çinin baş diplomatı Vanq Yui ilə görüşüb. Birləşmiş Ştatlar bu görüşlərin iki supergüc arasındakı münasibətləri yüngülləşdirmək səylərinin bir hissəsi olduğunu bildirib.

Blinken Vanqda Cakartada Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) çərçivəsində görüşüb. Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib ki, onun məqsədi “ABŞ-ın bir sıra məsələlər üzrə maraqlarına aydınlıq gətirmək və səhv anlaşılma və səhv hesablama risklərini azaltmaqla rəqabəti məsuliyyətlə idarə etmək üçün açıq ünsiyyət kanallarını saxlamaq”dır.

“Dünya ABŞ və Çindən bunu gözləyir,” Miller bəyanatında bildirib.

Rusiya xarici işlər naziri Sergey Lavrovun da ASEAN danışıqlarında iştirakı gözlənilir.

Blinken və Vanq “bir sıra ikitərəfli, regional və qlobal məsələlər, o cümlədən fikir ayrılıqlarının və potensial əməkdaşlıq sahələrində səmimi və konstruktiv müzakirələr aparıb,” Miller deyib və Blinkenin “”Tayvan boğazında sülh və sabitliyi qorumağın vacibliyini” vurğuladığını deyib.

Vanqla ötən ay Pekində görüşən Blinken “açıq şəkildə bildirib ki, Birləşmiş Ştatlar, müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə bizim azad, açıq və qaydalara əsaslanan beynəlxalq nizam xəyalımızı inkişaf etdirəcəyik,” Miller deyib.

Blinkenin Vanqla görüşü Vaşinqtonun Pekinlə gərgin münasibətləri yaxşılaşdırmaq səylərinin ən sonuncusudur.

ABŞ və Çinlə arasındakı yeni mübahisə odur ki, Çinin kəşfiyyat agentlikləri ilə əlaqəsi olduğu ehtimal olunan hakerlər ABŞ-n bəzi məxfi email sistemlərinə icazəsiz daxil olaraq, Dövlət Departamenti və bir sıra başqa qurumların hesablarına çıxış əldə edib.

Microsoft bu müdaxilə ilə bağlı ilk çərşənbə axşamı məlumat yayaraq, Outlook elektron məktub xidmətinə hücumun arxasında Storm-0558 adlandırdığı çinli hakerlərin olduğunu bildirib.

XS
SM
MD
LG