Accessibility links

Tom de Vaal: Mümkündür ki, Əylisli qalmaqalı diqqətlərin yayındırılması üçün bir bəhanə idi”


Tom Devall
please wait
Embed

No media source currently available

0:00 0:02:52 0:00
Karneqi Beynəlxalq Sülh Mərkəzinin təhlilçisi Tom de Vaal Amerikanın Səsinə (www.amerikaninsesi.org) müsahibəsi zamanı deyib ki, son illər fevral ayı ABŞ və digər ölkələrdə həm azərbaycanlılar, həm də ermənilərin Xocalı soyqırımı və Sumqayıt hadisələri ilə bağlı mübahisələr və etiraz ayına cevrilib.”Təəssüflər olsun ki, Xocalı və Sumqayıt hadisələrinin baş verdiyi fevral ayında etirazlar adi hal alıb. Azərbaycanlılar daha əvvəl işlətmədikləri genosid kəlməsini daha ucadan işlətməyə başlayıb. Şəxsən mənim üçün hər iki xalqın verdiyi itkilər kədər doğuran bir faktdır. Nəyə görə Şuşa, Stepanakerd və digər şəhərlərin bombalanması kimi post-Sovet zorakılıqları deyil, məhz bu iki hadisə diqqət mərkəzindədir? Xaricdən bunlar çox da ciddi qəbul edilmir. Məncə tərəflər bir araya gəlməlidir.”

Əkrəm Əylislinin “Daş yuxuları” romanı ətrafındakı qalmaqaldan danışan Tom de Vaal deyib ki, Əylisli ictimai bir tabunu aradan qaldırmaqla cəsarət nümayiş etdirib.“O, ermənilərin öldürülməsi ilə yanaşı azərbaycanlıların onları müdafiə etdiyindən danışıb. Mənim vətənim Britaniya Əbu-Qreyb hadisələrindən sonra ciddi tənqidlərlə üzləşmişdi. Öz icması tərəfindən tənqidlərə məruz qalan Əylisli ilə bağlı ermənilərin şərhləri ona yardım etməyib. Hökumət tərəfindən aqressiv kampaniya ilə üzləşən yazıçı titulları və fəxri adlarından məhrum edilib,oğlu,həyat yoldaşı işdən kənarlaşdırılıb, qulağının kəsilməsinə mükafat vəd edilib. Buna erməni tərəfinin katalizator rolu yardım edib. Azərbaycanda gedən tendensiyalar narahatlıq doğurur. Həm Səfərov, həm də Əylisli ilə bağlı. Mən inanmıranm ki, Azərbaycanda hamı bir səslə Əylislini qınayır. Bir çoxları onu qınamaqla hökumətə sadaqətini nümayiş etdirməyə çalışır.”

Əylisli qalmaqalının İsmayıllı hadisələriilə bağlılığından danışan Tom de Vaal Azərbaycandakı qeyri-sabitliyin hökuməti qorxutduğunu deyib.

O,mərkəzi hökumətin regionalara nəzarəti itirdiyini bildirib. “İnsanlar korrupsiya və digər pozuntulara göz yummaq istəmir. Mümkündür ki, Əylisli qalmaqalı diqqətlərin yayındırılması üçün ortaya atılan bir bəhanə idi”-deyə o bildirib.
XS
SM
MD
LG