Accessibility links

Tokio məhkəməsi Nissanın sabiq rəhbərini 9 milyon dollar müqabilində şərti azadlığa buraxıb


Tokio məhkəməsi Renault-Nissan-Mitsubishi avtomobil konserninin sabiq rəhbəri Karlos Qosnu 1 milyard yen ($9 milyon) müqabilində şərti azadlığa buraxıb. Qosn martın 5-i axşam sərbəst buraxıla bilər. Lakin prokurorluq appelyasiyaya müraciət edərsə, Qosn məhkəmə qərarına qədər həbsdə qalacaq.

Kyodo aqentliyinin verdiyi məlumata görə, şərti azad edilməsinə dair razılaşmaya görə Qosn nəzarət altında olacaq - onun evinin girişində video kamera quraşdırılacaq.

Qosn noyabr ayının ortalarından həbsdədir və bu, onun vəkillərinin ona qarşı olan qərarın dəyişdirilməsilə bağlı üçüncü ərizəsi idi. Qosn maliyyə qanunvericiliyi pozuntusunda təqsirli olunaraq həbs olunub.

Nissan nümayəndələri Qosnu şirkətin aktivlərindən fərdi məqsədlər üçün istifadə etməkdə və Tokio Fond Birjası hesabatlarında gəlirlərinə dair məlumatları az göstərməkdə ittiham ediblər. Dekabr ayında məhkəmə həbs müddətini yeniləməyi rədd edərkən o həmçinin maliyyə əməliyyatlarında şəxsi itkilərini də Nissan şirkətinin adına yazmaqda ittiham edilib.

Qosn bu ittihamları rədd edir. O, həbsini haqsız adlandırıb və heç bir zaman Yaponiya vergi orqanlarından gəlirini gizlətmədiyini söyləyib. Qosn təqsirli tanınarsa, onu 20 ilədək həbs gözləyir.

XS
SM
MD
LG