Accessibility links

Toğrul Şükürlü: "Obamaya səs vermiş azlıqlar seçkilərə qatılmadı" [Video-Müsahibə]


Toğrul Şükürlü ilə ABŞ-da seçkilər barədə müsahibə
please wait

No media source currently available

0:00 0:09:11 0:00

Toğrul Şükürlü ilə ABŞ-da seçkilər barədə müsahibə

ABŞ-ın Corc Meyson Universitetində dövlət idarəçiliyi üzrə təhsil almış Toğrul Şükürlü prezidentliyə Demokrat namizəd Hillari Klintonun seçki kampaniyasında könüllü qismində fəaliyyət göstərib. Şükürlünün sözlərinə görə, seçkilərində Klintonun məğlub olmasının bir neçə səbəbi var. O, bunlar arasında Demokratların diqqəti prezidentlikdən çox Konqresə yönəltməsi olduğunu bildirir.

Amerikanın Səsi: İlk öncə istərdik ki, könüllülük fəaliyyətinizdən danışasınız.

Bu çərçivədə qapıları döyərək, insanlara zəng edərək, Demokrata səs verməyə təşviq edərək kampaniyada iştirak etdim.

Toğrul Şükürlü: 2016-cı ilin ilkin seçkilərindən sonra Demokrat Partiyasında könüllü kimi fəaliyyətə başladım. Bunu mən əvvəlki seçkilərdə də etmişdim. Bu il isə əsasən Virciniya ştatında Konqresə olan seçkilərdə və əlbəttə ki, xanım Klintonun prezidentliyə olan namizədliyi çərçivəsində könüllülük etdim. Bu çərçivədə qapıları döyərək, insanlara zəng edərək, Demokrata səs verməyə təşviq edərək kampaniyada iştirak etdim.

Amerikanın Səsi: Məlum olduğu kimi prezidentlik uğrunda iki əsas namizəd mübarizə aparırdı: Respublikaçı Donald Tramp və Demokrat Hillari Klinton. Siz nə üçün onlar arasından Klintonu seçdiniz. Onun sizi daha çox cəlb edən özəllikləri nə idi?

Toğrul Şükürlü: Şəxsən mənim üçün bu seçkilərdə xarakter məsələsi çox vacib oldu. ABŞ-da adətən bu məsələ seçki kampaniyasının gündəmində olmur. Bu il fikrimcə belə deyildi. Trampın xarakteri nüvə silahlarına sahib supergüc olan ölkəni idarə etməyə yetərli deyildi. Əsasən də buna görə, mən Hillari Klintonu dəstəkləməyə qərar verdim. Bundan əlavə həm də müəyyən siyasi məsələlərdə Klintonun mövqeyi mənim mövqeyimə daha yaxın idi. İmmiqrasiya, ABŞ-ın dünyadakı geo-strateji mövqeyi barədə Trampın fikirlərindən narazı idim.

Amerikanın Səsi: Ancaq Hillari Klintonun məğlub olacağını siz də çox guman ki, gözləmirdiniz. Eləcə də, çoxsaylı ekspertlər xanım Klintonun qalib gələcəyini bildirirdi. Rəy sorğularının nəticələri də bunu göstərirdi. Ancaq gözlənilənlərin əksinə olaraq Tramp qələbə qazandı. Sizcə bu seçkilərdə Donald Trampı qalib edən nə oldu? Və ya Hillari Klintonun məğlubiyyətinə səbəb nə idi?

Toğrul Şükürlü: ABŞ-da ard-arda 3 il bir partiyanın seçkiləri udması çox çətindir. Bu il sözsüz ki, Klinton kampaniyası və ekspertlər də bu trendin baş tutmayacağına inanırdı. Belə olmadı və bunun bir neçə səbəbi var. İlkin olaraq belə demək olar ki, iki böyük səbəbi var idi.

ABŞ-da ard-arda 3 il bir partiyanın seçkiləri udması çox çətindir.

Birincisi, xanım Klintonun özünün Obama koalisiyası arasında çox da populyar olmamağıdır. Xanım Klinton əsasən kampaniyanın mərkəzi nöqtəsində Trampın xarakteri və sosial məsələlərdə olan mesajını mərkəzləşdirmək istədi. Bunun nəticəsində öz xarakterinə də ciddi mənada diqqət yönəltdi. Məlum oldu ki, etnik azlıqlar, hansılar ki, 2008 və 2012-ci illərdə Obamanı ciddi şəkildə dəstəkləmişdilər, 2016-cı ildə seçkilərə qatılmadı. Ən azında əvvəlki kimi qatılmadılar. Əvvəlki seçkidən fərqli olaraq ağ, mühafizəkar, xristian seçicilər etnik və dini azlıqlara nisbətən eloktoratın daha böyük bir hissəsini təşkil etdi. Bu cüzi fərq olsa da, seçkilərdə prezidentliyin Trampın əldə etməsinə bəs etdi.

İkinci ən böyük səbəbi isə odur ki, xanım Klinton qalibiyyətdən əmin olduqdan sonra, öz enerjisini ənənəvi Respublikaçı ştatlar olan Florida, Arizonaya yönləndirməyə çalışdı. Bunun məqsədi prezidentliyi əldə etməkdən başqa, həm də respublikaçılardan Konqresdə də yer əldə etmək idi. Axırda isə bu ştatlara enerji sərf edilməklə öz ştatlarını yaddan çıxardı. Bunlara Miçiqan, Pennsilvaniya və Viskonsin daxil idi. Bundan sonra Trampın iqtisadi mesajları ciddi təsirlər yaratdı.

XS
SM
MD
LG