Accessibility links

Tofiq Yaqublu: “Gənclərə xatırladırlar ki, baxın, əlimizə azacıq belə imkan düşərsə sizləri həbs edəcəyik” [Audio]


Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu
Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu

Nigar Yaqublu avtomobil qəzasından sonra həbsə atılıb. Nigarın atası Amerikanın Səsinə müsahibə verdi.

Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu Amerikanın Səsi radiosuna müsahibəsində qızı Nigar Yaqublunun həbsinin siyasi sifariş olduğunu bildirib.

Tofiq Yaqublu ilə müsahibə
please wait

No media source currently available

0:00 0:06:35 0:00
Direct link

Nigar Yaqublu avqustun 25-də baş vermiş avtomobil qəzası ilə bağlı təqsirləndirilir. Hadisə nəticəsində Müsavat Partiyasının məclis üzvü Aydın Acalov həlak olub. İstintaq məlumatlarına görə, N.Yaqublu A. Acalova məxsus “Pejo” markalı avtomobili idarə edib. Həmin avtomobilsə Bakı-Şamaxı avtomobil yolunda “Kamaz”la toqquşub.

“Bu işin qərəzli olmadığını desəm, mənim özüm Nigara qarşı qərəzli olaram. Çünki onun istintaq dövründə həbsə atılması üçün heç bir zərurət yox idi. Azərbaycan praktikasında da belə hal yoxdur. Yeganə haldır ki, müxalifətçi bir qız təsadüfi qəzadan sonra həbsə atılıb”, T.Yaqublu qeyd edib.

Onun sözlərinə görə, ölkədə hər gün çoxsaylı avtomobil qəzaları nəticəsində ölənlər və xəsarət alanlar var.

“Göstərsinlər ki, onlardan kim isə məhkəməyədək həbs edilib. Yoxdur belə hal”.
T.Yaqublu həmçinin son zamanlar müxalifətçi gənclərin həbsinin çoxaldığını deyib.
“Görünür, hakimiyyət düşünür ki, gəncləri daimi qorxu altında saxlamaq lazımdır. Gənclərə xatırladırlar ki, baxın əlimizə azacıq belə imkan düşərsə sizləri həbs edəcəyik. Onlar gənclərin fəallığından ehtiyatlanır. Çünki, istənilən etirazın hərəkətverici qüvvəsi gənclərdir”.

Onun dediyinə görə, Nigar istintaqdan yayınmayıb, müstəntiqin çağırışına uyğun olaraq könüllü istintaqa gedib.

“Həbs edilən gün ərzində də o müstəntiqin otağında izahat verib. Sonra onu məhkəməyə aparıb barəsində həbs qəti imkan tədbiri seçiblər. Nigar müstəntiqin otağında olubsa, istintaqdan necə yayına bilərdi. Bir də məhkəmədə məlum oldu ki, ailə üzvlərimizin telefonları dinlənilib və diskə yazılıb. Bu sifarişin olmasını göstəmirmi?”, - deyə sual edib.

Cənab Yaqublunun sözlərinə görə, Nigar Yaqublu avtomobildə qəza nəticəsində dünyasını dəyişən Aydın Acalovla birgə Çexiya Universitetinin Bakıda təmsilçisi olub.

“Çoxsaylı insan Çexiya Universitetinə qəbul olub. Nigarın həbsindən sonra həmin tələbələr də Çexiyaya gedə bilmir. Çünki, müxtəlif sənədlərin tərtibatı qalıb və bu səbəbdən də tələbələr təhsilini davam etdirə bilmir”.

O Nigarın barəsində həbs qəti imkan tədbiri ilə bağlı apelyasiya şikayətlərinin təmin edilməməsindən təəssüfləndiyini bildirib. “Hətta, üç millət vəkili Nigarı zaminə götürməklə bağlı müraciət edib. Bu müraciətlərə də məhəl qoyulmur”.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG