Accessibility links

Satirik şair yoxa çıxıb


Sosial şəbəkələrdə satirik şerləri ilə tanınan Tofiq Həsənli oktyabrın 12-də axşam saatlarında yoxa çıxıb.

Tofiq Həsənlinin yoxa çıxmasını onun anası da təsdiq edib. Belə ki, satirik yazarın anası sosial şəbəkələrdə video müraciətini yayıb.

“Oğlum satirik şerlərinə görə oğurlanıb. Ölkədə söz azadlığıdır. Tofiq gördüklərini şerə köçürür”, deyə ana qeyd edib.

Sosial şəbəkələrdə satirik şairin oktyabrın 12-də saat 21 radələrində Bakının Qala kəndində mağazada olarkən oğurlandığı bildirlir.

Öz növbəsində, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Amerikanın Səsinə bildiriblər ki, Tofiq Həsənlinin oğurlanması faktı üzrə məlumat daxil olmayıb.

“Əgər belə hadisə olubsa, ailə üzvləri aidiyyatı polis orqanlarına və ya Daxili İşlər Nazirliyinin “102 Qaynar Xətt" Xidmətinə məlumat versinlər”, deyə mətbuat xidmətinin əməkdaşı qeyd edib.

Tofiq Həsənli bir qayda olaraq məclislərdə, el arasında iqtidarı, vəzifəli şəxsləri, vəhabiləri kəskin tənqid edən şerlər söyləməklə məşhurdur. Onun bloqundakı (http://www.tofiqhesenli.com/ictimai/polad-qalxanlara-q%C9%99l%C9%99m-cirpiram/) son “Polad qalxanlara qələm çırpıram!” başlıqlı şerdə Milli Məclis, deputatlar, vəzifəli şəxslər kəskin tənqid edilib. Satirikin məmurların və vəhabilərin əleyhinə kəskin tənqidi şerləri Facebook səhifəsində də yayılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniyanın müdafiə naziri dəstək məqsədilə Ukraynaya səfər edib
please wait

No media source currently available

0:00 0:12:00 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG