Accessibility links

Tofiq Yaqublu mülki xəstəxanaya köçürülüb


"Tofiq Yaqublu hüquqlarını həyata keçirə bilmədiyi üçün öz həyatını təhlükəyə atır"
please wait

No media source currently available

0:00 0:05:43 0:00

11 gündür həbsxanada aclıq edən müxalif siyasi xadim Tofiq Yaqublu sentyabrın 12-də axşam saatlarında Şüvəlan təcridxanasından Bakıdakı City Hospital özəl klinikasına köçürülüb.

“Tofiq Yaqublunun xəstəxanaya köçürülməsi onun vəkili Aqil Layıcovun Avropa İnsan Hüquqları Məhkəməsinə 39-cu Qaydaya görə ünvanladığı müraciət əsasında həyata keçirilib. Bu qayda əksər hallarda insan həyatı üçün geridönməz həyatı təhlüklər olduqda tətbiq olunur,” Tofiq Yaqublunun qızı Nigar Həzi bildirib.

Adil Qeybulla: "İstəyirik ki, Tofiq Yaqublunun aclıq aksiyası bizim nəzarətimiz altında olsun"
please wait

No media source currently available

0:00 0:01:12 0:00


Aqil Layıcov bildirib ki, müraciətdə Yaqublunun modern bir hospitala köçürülməsi əksini tapıb.

“Çünki keçirdiyi aclıq aksiyası nəticəsində klinki koma vəziyyətinə düşə bilməsi ehtimalı böyükdür. Hətta bir dəfə Tofiq Yaqublu bayılıb,” Layıcov deyib.

Onun sözlərinə görə, 12 günlük aclıq nəticəsində hazırda Yaqublu yeriyə bilmir, hərəkət məhdudiyyəti yaranıb, müəssisədə əməkdaşların yardmı ilə yeriyir.

“Azərbaycan dövləti Avropa Məhkəməsinə cavab yazıb ki, Tofiq Yaqublu aclıq aksiyasına sentyabrın 7-dən başlayıb. Aksiyaya başaladıqda çəkisi 81,9 kiloqarm olub, hazırda isə 80,2 kiloqrama düşüb,” vəkil bildirib.

Yaqublunun qızı Nigar Həzi deyib ki, atası sentyabrın 2-də aclıq elan edib.

Nigar Həzi: "Həbsxanada həkimlər ataya həyatının təhlükədə olduğunu, hər an komaya girə biləcəyini deyiblər"
please wait

No media source currently available

0:00 0:02:26 0:00

“Aclıq aksiyasından əvvəl onun çəkisi 87-88 kiloloqram idi, indi isə 79 kiloqramdan da aşağı düşüb”, Həzi bildirib.

Sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsi hakim Nəriman Mehdiyevin sədrliyi ilə Milli Şuranın və Müsavat Partiyasının üzvü, prezident İlham Əliyevin sərt tənqidçilərindən olan Tofiq Yaqublunun 4 il 3 ay həbsə məhkum edilməsi barədə hökm çıxarıb.

Bu il martın 22-də Tofiq Yaqublunun park edilmiş avtomobilini başqa avtomobil vurub. Buna baxmayaraq, Bakının Nizami rayon Polis İdarəsində Yaqubluya qarşı cinayət işi qaldırılıb.

Sentyabrın 2-də Tofiq Yaqublu son sözündə məhkəmə və hakimiyyəti ittihamı saxtalaşdırmaqda və siyasi sifarişdə ittiham edib. Yaqublu məhkəmədə həbsinə etiraz olaraq aclıq aksiyasına başladığını bildirib.

XS
SM
MD
LG