Accessibility links

Tofiq Yaqublu 4 il 3 ay həbsə məhkum edilib


Sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsi hakim Nəriman Mehdiyevin sədrliyi ilə Milli Şuranın və Müsavat Partiyasının üzvü və Prezident İlham Əliyevin sərt tənqidçilərindən olan Tofiq Yaqublunun 4 il 3 ay həbsə məhkum edilməsi barədə hökm çıxarıb.

Ötən gün prokuror məhkəmədən Tofiq Yaqubluya 4 il 6 ay həbs istəmişdi.

Məhkəmənin hökmü etirazla qarşılanıb. Məhkəmə binasının qarşısına toplaşmış insanlar hökmü “Tofiq Yaqubluya azadlıq!”, “Sifarişli hökmə yox!”, “Siyasi məhbuslara azadlıq!” və “İstefa!” şüarları ilə qarşılayıb. Polis aksiyanın qarşısını alıb, insident qeydə alınmayıb, saxlananlar olmayıb.

Tofiq Yaqublu sentyabrın 2-də məhkəmədə aclığa başladığını bəyan edib.

Tofiq Yaqublu 4 il 3 ay həbsə məhkum edilib
please wait

No media source currently available

0:00 0:03:26 0:00

Yaqublunun qızı Nigar Həzi məhkəmənin qərarının `sifarişli və qərəzli` olduğunu bilduirib.

“Məni atamın sağlamlığı daha çox düşündürür. O, aclığa başlayıb və fəsadsız olmayacaq. Atamın həyatı üçün təhlükələrə görə Azərbaycan hakimiyyəti, İlham Əliyev məsuliyyət daşıyır. Bütün hakimiyyətlərin sonu olduğu kimi bu hakimiyyətin də sonu olacaq. Onlar bağışlanmayacaq. Həm sifarişçilər, həm üzə duranlar, həm prokuror, həm də məhkəmə heyəti cəzasını alacaq. Belarusdan nümunə götürsünlər,” Nigar Həzi qeyd edib.

Bu gün məhkəmə biinasının qarşısında AXCP sədri Əli Kərimli də olub. O, müxalifət funksioneri barədə məhkəmə hökmünü `siyasi sifariş` hesab edir.

“Tofiq Yaqublu İlham Əliyevin 19 mart çıxışından sonra həbs edilib. Siyasi sifarişlə həbs olunub. Onun heç bir günahı yoxdur. Tofiq Yaqubluya müxalifətçi mövqeyinə görə cəza verilib,” Kərimli qeyd edib.

Müsavat Partiyasının başqanı Arif Hacılı məhkəmənin hökmünü `siyasi qisas almaq` kimi dəyərləndirib.

“Azərbaycan hakimiyyəti Tofiq Yaqublunu tənqidi mövqeyinə, tənqidi yazılarına, korrupsiya və rüşvətxorluğa qarşı mübarizədən çəkinmədiyinə, kütləvi aksiyalarda fəal iştirak etdiyinə görə həbs edib,” Müsavat Partiyasının başqanı Arif Hacılı qeyd edib.

Nigar Həzi
Nigar Həzi

Bu il martın 22-də Tofiq Yaqublunun park edilmiş avtomobilini başqa avtomobil vurub. Sükan arxasında olan Elxan Cəbrayılov Yaqublu ilə münaqişə edərək onu qəzada ittiham edib.

Nizami rayon polisi cinayət işi qaldırıb, lakin istintaq zamanı Tofiq Yaqublunun telefonundan onun təqsirsizliyinə dair bütün video-sübutlar silinib. Polis bunun nə üçün edildiyini açıqlamayıb.

Məhkəmə həmçinin videomaterialların bərpası və məhkəmədə istifadə edilməsi barədə vəsatətləri təmin etməyib.

Sentyabrın 2-də Tofiq Yaqublu son sözündə məhkəmə və hakimiyyəti ittihamı saxtalaşdırmaqda və siyasi sifarişdə ittiham edib. O, etiraz olaraq aclığa başlayıb.

Yaqublu ilk dəfə 2013-cü ildə İsmayıllıda iğtişaşların təşkilində ittiham olunaraq həbs edilmişdi.

2019-cü ilin oktyabrında icazəsiz aksiyada iştirakına görə həbs edilib.

Öz növbəsində, rəsmi Bakı insanların siyasi baxışlarına görə təqib edilmədiyini, insanların qanun qarşısında bərabər olduğunu bəyan edir.

XS
SM
MD
LG