Accessibility links

Toğrul Vəliyev: Bürokratik əngəllər aradan qaldırılsa, xarici sahibkarların gəlməsi mümkündür


Toğrul Vəliev: Xarici investisiyanı həvəsləndirmək üçün daha çox addımlar atmaq lazımdır
please wait

No media source currently available

0:00 0:07:27 0:00

Amerikanın Səsinə müsahibədə Toğrul Vəliyev Azərbaycanın üzləşdiyi bir çox sınaqlar fonunda xarici investisiya cəlb etməyin perspektivləri haqda danışıb. İqtisadçı hesab edir ki, dövlət qurumlarının səmərəliliyinin artırılması, özəlləşdirmələrin şəffaf həyata keçirilməsi ölkəyə xaricdən maliyyə yatırımına şərait yaradılması üçün effektiv ola bilər.

Amerikanın Səsi: Neftin qiymətinin kəskin düşməsi, pandemiya ilə mübarizə çərçivəsində məhdudiyyətlər və ölkədə elan edilmiş hərbi vəziyyət investisiya mühitinə necə təsirlər edib?

Toğrul Vəliyev: Neftin qiyməti əslində indiyə qalsa nisbətən sabitdir. Bizim dövlət büdcəmiz gələn ilkinə hesablanmış cəhətdən normaldır. Amma bununla bağlı bizdə ən böyük problem karantin vəziyyətidir. Yəni ilin əvvəlindən, faktiki olaraq mart ayından başlayaraq ilin sonuna kimi karantin rejimidir və bu, 2021-ci ildə də karantin rejimi dəyişməyəcək. Komendant saatı ləğv olunsa belə karantin yenə də qalacaq. Karantin də bir çox məhdudiyyətlər yaradır. Bu cəhətdən də bizdə əlbəttə ki, indiki iqtisadi mühit çox problemlidir. İndiki halda, hətta, kredit belə götürsək, heç bir sahə sənə investisya yatıra bilməyəcəyik. Çünki ən azı bu sahə fəaliyyət göstərməyəcək, ya da məhdudiyyətlə fəaliyyət göstərəcək. Sənaye obyekti uzun müddətlidir. Əgər, sən kiçik, orta sahibkarlıq səviyyəsində investisya yatırmaq istəyirsənsə, mümkün deyil. Çünki sən uzun müddət çalışmayacaqsan, heç bir halda. Kiçik bərbərxanadan başlamış iri müəssisəyə kimi. Sən hətta qeyri- ərzaq satışı ilə məşğul olsan belə o sahədə sənə mümkün olmayacaq. İkinci məqamda, insanların gəlirləri azalıb. Ciddi surətdə azalıb. İlin əvvəlində hətta rəsmi məlumatlara görə nominal gəlirlər azalıb. Eyni zamanda orta əmək haqqı səviyyəsi azalıb. Sən nəsə, harasa yatırsan belə sənin satışınla bağlı çox böyük bir problemlər yaranacaq. Ona görə də bu dəqiqə Azərbaycanda, qonşu ölkələrdə də harasa, nəsə yatırmaq sahibkarlıq cəhətdən məqsədəuyğun deyil

Amerikanın Səsi: Hökümətin bu təsirləri aradan qaldırılması üçün proqramı varmı? Ölkənin iri dövlət şirkətləri Azərbaycan investisiya holdinginin çətiri altında birləşdirildi. Bu onların səmərəliliyini artıracaqmı?

Toğrul Vəliyev: Birincisi, proqramla bağlı, biz mart, aprel aylarında karantin elan olunanda o zaman müəyyən bir iqtisadi proqram qəbul olunmuşdu. Bu proqramın əsasında o dururdu ki, bu, sərt karantin rejimi 1-2 ay davam edəcək. Aprel və may, ondan sonra bərpa işləri həyata keçirəcək. Amma təəssüflər olsun ki, gördüyümüz kimi həm sərt karantin rejimi də uzadıldı, həm iyun, iyul, avqust ayında təkrarlandı, yenə də davam etdi, bu karantin rejimi. Nəticə etibarı ilə proqramın səmərəliliyi indiki şərtlərə uyğun deyil. Amma, hökümət hələ ki, yalnız onunla məhdudlaşdırdı ki, bütün tədbirləri ilin sonuna kimi davam etdirdi. Vergi güzəştləri olsun, kredit siyasəti olsun və s. ilin sonuna kimi davam edir. Gələn il üçün proqram hazırlayırlar ya yox bu barədə heç bir məlumat yoxdur. Yalnız nəticə etibarı ilə bunu öyrənə biləcəyik, yəni mümkün ola biləcək ya yox. Dövlət şirkətlərinə gələndə isə bu bir az uzun müddətli məsələdir. Çünki indiki halda onların heç birinin özəlləşdirilməsi məsələsi qaldırılmayıb. O standart mətnlər var ki, biz onları özəlləşdirəcəyik gələcəkdə. Amma onunla bağlı heç bir addım atılmayıb. Azərbaycanda investisiya holdinginin yaradılması isə bu, əsasən dövlət şirkətlərinin səmərəliliyinin artırılması ilə bağlıdır. Korporativ idarəetmə qaydalarının tətbiqi ilə bağlıdır. İndi bu reallaşacaqmı, rellaşmayacaqmı, bu bir az belə bir məsələdir ki, bizdə artıq sual ola bilər ki, 2015-ci ildən bu yana hər il bizdə bununla bağlı nəsə qəbul olunur. Amma yenə reallaşmır. Düzdür, son il ərzində, biz görürük ki, bir çox dövlət şirkətləri mənfəət göstəricisini artırırlar. Ya da mənfəət göstərməyə başlayırlar. Ola bilər ki, bu cəhətdən nəsə səmərəlilik artsın. Dövlət büdcəsinin gəlirlərinin içərisində dövlət şirkətlərində dividentlər arta bilər. Amma, yenə də ümumi olaraq biz bunu çətin görürük. Çünki, investisya holdinqi mənfəətin payının əldə edilməsi ilə üç ildən sonra normal fəaliyyətə başlamalıdır. İndiki halda investisiya holdinqi dövlət büdcəsi hesabına maliyyəşəcək. Eyni zamanda, dövlət şirkətləri o qədər problemlidir ki, o qədər onların borcları var. Strukturları çətindir ki, indiki halda ondan nəsə əldə etmək çətindir. Bu, uzunmüddətli məsələdir. Bəlkə, ola bilər ki, bir neçə ildən sonra özəlləşdirməyə hazırlıq aparılsın. Amma yenə də bunu real görmək çətindir.

Amerikanın Səsi: Ölkə rəhbərliyi böyük özəlləşdirilmənin anonsunu verib. Sizcə ilk olaraq hansı sahələr özəlləşdirilməyə çıxarılacaq? Xarici investorları cəlb etmək üçün nə dərəcədə əlverişli mühit mövcuddur?

Toğrul Vəliyev: Əslinə qalsa bu dəqiqə bizdə investisiya özəlləşdirmək cəhətdən ən asanı kommunal və SOCAR istisna olaraq digərlərini nisbətən özəlləşdirmək olar. Burada ciddi bir problem müşahidə etmirəm. Sadəcə yenə də bu şirkətlərin bir çox problemləri var. Yaxın illərdə biz müşahidə edəcəyik özəlləşdirməni, ola bilər şəffaflığın nisbətən artmasını. Çünki hazırlıq gedir. Hazırlıq gedir ki, ən azı AZAL və digər şirkətlər xaricdən borc əldə edə bilsinlər. Onun üçün nisbətən şəffaf şirkətlər olmalıdır. Buna müəyyən hazırlıq aparılır. Ola bilər ki, bununla bağlı addımlar atılacaq gələcəkdə. İndi özəlləşdirmə gözləmirəm ki, 2021-ci ildən ciddi dəyişiklik olsun. Bəlkə, bizdə sadəcə 2021-ci ildə dövlət büdcəsinin gəlirləri azalacaq deyə, ola bilər ki, iri müəssisələrin sayı bir az artsın. Əslinə qalsa, bizim dövlətdə özəlləşdirməyə çıxarılacaq 2000-nə yaxın müəssisə var. Onların böyük hissəsi fəaliyyət göstərmir, onları özəlləşdirmək çox asandır. Amma, iri şirkətlər haradasa dövlətin nəzdində 20-25 iri şirkət var onların özəlləşdirilməsinin anonsu faktiki verilməyib, sadəcə nəsə deyilib. Xarici şirkətlərin cəlbi üçün daha çox addımlar atmaq lazımdır. Bununla bağlı həm vergi sistemi sabit qalmalıdır. Çünki hər il bizdə vergi dərəcələri, ya vergi məcəlləsində hansısa dəyişikliklər edilir. Bu isə bir qədər problemlidir. Çünki xarici sahibkar gəlsə hər dəfə vergi sistemi dəyişəndə mənasız olur burada fəaliyyət göstərmək. Daha çox institutsional addımlar atılsa, bürokratik əngəllər aradan qaldırılsa həmçinin dövlət qurumları səmərələşsə, o zaman əlbəttə ki, xarici sahibkarların bura gəlməsi mümkündür. Amma əks halda bizim dəvət etdiyimiz olacaq.

XS
SM
MD
LG