ABŞ-ın “Time” jurnalı ilin adamı adına Yaxın Şərq və dünyanın digər bölgələrində misilsiz dəyişikliklərə yol açan “nümayişçi”ni layiq görüb.
Jurnalın bildirdiyinə görə, hərəkatlarda siyasi qüdrət çatışmazlığı və tənəzzül etmiş iqtisadiyyatdan yorulan gənclər iştirak edib.
Tunis, Misir, Yəmən və Liviyada etirazlar hökumət dəyişikliyi ilə nəticələnib.
ABŞ və Avropada iqtisadi vəziyyətə etiraz olaraq aksiyalar keçirilir.
“Time” nümayişlərin qlobal siyasəti dəyişdiyini bildirir.
Bu ilin adamı adına çinli dissident Ai Veyvey, Britaniya şahzadəsinin evləndiyi Keyt Middlton, ABŞ nümayəndəsi Pol Rayan, Əl-Qaidə lideri Üsama Bin Ladenin öldürülməsi əməliyyatına başçılıq edən amerikalı admiral Vilyam Makraven nominasiya edilmişdi.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan da nominasiya edilənlər arasında olub. Onlayn sorğunun nəticələrinə görə, Ərdoğanın lehinə 123 min adam səs verib. 180 min nəfər isə onun ilin adamı adına layiq olmadığını bildirib.