Accessibility links

Tillerson Rusiyanın təcavüzünü qınayır [Video]


Tillerson Rusiyanın təcavüzünü qınayır
please wait

No media source currently available

0:00 0:02:33 0:00

ABŞ dövlət katibi Reks Tillerson Rusiyanın qonşularına qarşı münasibətini, ələlxüsus da seçki proseslərinə müdaxiləsini və qeyri-demokratik idealları təbliğ etməsini qınayıb. Gələn həftə baş tutacaq Avropa səfərindən öncə Tillerson Birləşmiş Ştatların avropalı müttəfiqlərinə sərhədlərini qorumaq və Rusiya nefti və qazından olan asılılıqlarını azaltmalarına yardım edəcəyini bildirib.

Təhlilçilər isə deyir ki, Tillersonun missiyasını uğurlu bir şəkildə yerinə yetirməsi üçün prezident Trampın dəstəyi çox mühümdür.

Birləşmiş Ştatlar maye təbii qaz və ABŞ-da hasil olunan xam neftin ixracı ilə bağlı qanunları liberallaşdırır. Biz Avropaya təchizatın diversifikasiyasını təbliğ etmək məqsədilə idxal terminalları və birləşdirici boru kəmərləri kimi lazımı infraskturun inşasını təmin etmək üçün Avropa müttəfiqlərimizlə işləməyə hazırıq.
Reks Tillerson

Tillerson çərşənbə axşamı Vaşinqtonda Birləşmiş Ştatlar və Avropanın Rusiyanın yaratdığı təhlükələri dərk etdiklərini bildirib.

“Rusiyanın sentyabr ayında Baltikyanı dövlətlərin sərhədi yaxınlığında keçirdiyi Zapad hərbi təlimlərindən sonra bizim müttəfiqlərimiz ilə birlikdə hər hansı hücuma reaksiya vermək imkanına sahib olmağımız hər zamankından daha vacibdir”, deyə Tillerson bildirib.

Tillerson Rusiyanın Gürcüstan və Ukraynaya qarşı hərbi təcavüzünü qınayıb və onların Avropadakı siyasi proseslərərə müdaxiləsi ilə bağlı xəbərdarlıq edib. O deyib ki, ABŞ Avropa üçün müdafiə xərclərini artırmağı və Avropanın Rusiyanın qazı və neftindən asılılığını azaltmasına yardım etməyi planlaşdırır.

“Birləşmiş Ştatlar maye təbii qaz və ABŞ-da hasil olunan xam neftin ixracı ilə bağlı qanunları liberallaşdırır. Biz Avropaya təchizatın diversifikasiyasını təbliğ etmək məqsədilə idxal terminalları və birləşdirici boru kəmərləri kimi lazımı infraskturun inşasını təmin etmək üçün Avropa müttəfiqlərimizlə işləməyə hazırıq”, dövlət katibi söyləyib.

Tillerson Ukraynanın bütün ərazilərinin müstəqilliyi və suverenliyi təmin olunanadək Rusiyaya qarşı sanksiyaların davam edəcəyinə söz verib.

Təhlilçi Klaus Larres deyir ki, Tillerson gələn həftə Brüsseldə keçiriləcək NATO iclası və ATƏT-in Vyanada keçiricələyi iclasında güclü mesaj çatdıracaq.

“Əsas sual odur ki, görəsən Tillersonun nüfuzu və Dövlət Departamentinin təsiri nə dərəcədə güclüdür. Biz hamımız yaxşı bilirik ki, xarici siyasət tonunu prezident müəyyən edir. Prezident Tramp isə Amerikanın Avropaya qarşı öhdəliyinə etinasız yanaşır”, o deyir.

Reks Tillerson
Reks Tillerson

Larres deyir ki, ABŞ prezidentinin Rusiya ilə anlaşılmaz münasibəti var və bu səbəbdən də Avropa müttəfiqlərini inandırmaq üçün təkcə Tillersonun sözləri kifayət etməyəcək.

Lakin o, Tillersonun Ukrayanaya gələcəklərinin özlərindən asılı oldruqlarına dair mesajını da alqışlayır.

“Ukrayna höküməti özü ölkənin Rusiyanın müdaxiləsindən və şərqi Ukraynadan uzaq olan hissəsində daxili sabitlik yaratmalıdır. Bu baxımdan Ukrayna hökümətinin rolu böyükdür və bu, çox çətin işdir, amma onlar bunu etməlidir. Özləri heç nə etmədən Qərbin dəstəyini necə gözləyə bilərlər?”, deyə Larres söyləyir

Beynəlxalq münasibətlər üzrə təhlilçi deyir ki, Birləşmiş Ştatlar və Avropa Rusiyanın 2014-cü il Minsk razılığına əməl etməsini təkid etməklə düz hərəkət edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniyanın müdafiə naziri dəstək məqsədilə Ukraynaya səfər edib
please wait

No media source currently available

0:00 0:12:00 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG