Accessibility links

Reks Tillerson Qətər və Körfəz ölkələrinə səfər edir


ABŞ-ın dövlət katibi Reks Tillerson Qətər və qonşuları arasında mövcud gərginliyi aradan qaldırmaq məqsədilə regiona dörd günlük səfərdədir.

Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir keçən ay neft və qazla zəngin Körfəz ölkəsi olan Qətəri regionda terrorizmi dəstəkləməkdə ittiham edərək, onunla diplomatik və nəqliyyat əlaqələrini kəsib.

Tillerson bazar ertəsi günü Küveyt şəhərinə gələrək Küveytin əmiri Şeyx Sabah Əl Əhməd Əl Sabahla görüşüb. Tillerson Şeyx Sabah Əl Əhmədə bildirib ki, o və prezident Trump sentyabr ayında Vaşinqtonda onunla görüşməkdən çox məmnun olacaqlar.

Tillersonun həmçinin cümə axşamı Səudiyyə Ərəbistanına da səfəri planlaşdırılıb.

Səudiyyə Ərəbistanının liderlik etdiyi qrup Dohaya Qətərın İranla əlaqələrini kəsməsi və Qətər dövlətinin maliyyələşdirdiyi Əl-Cəzirə tele kanalını bağlamaq kimi şərtlər də daxil olmaqla, 13 tələbdən ibarət siyahı təqdim edib.

Öz növbəsində, Qətər ekstremist qruplarla əlaqələrini inkar edərək, dörd ölkənin tələblərini yerinə yetirməkdən imtina edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG