Accessibility links

İranın Qərbi Azərbaycan vilayətində Ağdərə mədəninin 100 işçisi işdən çıxarılıb


Soyuqların düşməsilə İranın ikinci ən böyük qızıl mədəni olan Tikantəpənin Ağdərə mədəninin azı 100 işçisinin işinə son verilib.

İLNA (Iranian Labour News Agency) agentliyinə istinadən, “100-dən artıq mövsümi fəhlənin azər ayının 1-dən (22 noyabr) etibarən mədən düşərgəsinə daxil olmasına icazə verilməyəcək.”

“15 ildən artıq iş təcrübəyə sahib olan bu işçiləin dediyinə görə, işəgötürənin arqumenti budur ki, qışın soyuğu mövsümi fəhlələrin işinə mane olur və bu səbəblə onların müqaviləsinə son verilir. Halbuki, bu mədənin yaxınlığında başqa mədənlər də var ki, işçiləri dörd mövsüm çalışırlar,” agentliyin xəbərində qeyd edilib.

İLNA agentliyinə danışan işçilər həmçinin deyib ki, “Ağdərə mədəni İranın ən mühüm qızıl mədənlərindən biridir. Buna görə, dövlət məsullarından gözləntimiz budur ki, problemlərimizə diqqət yetirib və işsiz qalmağımıza mane olsunlar.”

Mədənin 150 ilə 170 fəhləsinin də azər ayının sonunda işdən çıxarılacağı gözlənilir.

2014-cü ildə Ağdərə mədənindən qovulduqdan sonra etiraz aksiyası təşkil edən bir çox işçi işəgötürənin şikayəti ilə Qərbi Azərbaycan məhkəmələrində həbs, pul cəriməsi və şallaq cəzasına məhkum edildilər. 17 işçinin şallaq hökmü 2016-cı ilin may ayında icra edilib.

Qərbi Azərbaycanın Tikantəpə şəhərində yerləşən Zərşoran və Ağdərə mədənləri İranın ən böyük iki qızıl mədəni olmaqla yanaşı, Yaxın Şərqin də ən böyük qızıl mədənləri arasındadırlar.

XS
SM
MD
LG