Accessibility links

Urmiyədə daha üç məhkum edam edilib


Ramazan ayının ərəfəsində İran höküməti Azərbaycan, Əlburz, Luristan, Gilan, Bəluçistan, İlam, Kürdüstan, Fars və Kirmanşah kimi vilayətlərdə bir çox edam məhkumunun hökmünü tətbiq edib.

Hüquq müdafiəçilərinin məlumatına görə, ən son edamlar Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiyədə baş verib. Ən az 3 şəxsin cümə axşamı və cümə günlərində şəhərin mərkəzi həbsxanasında dar ağacından asıldığı bildirilib.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi asılanların daha əvvəl narkotik qaçaqmalçılığı ilə əlaqədar mühakimə olunduqlarını yazıb.

Agentlik edam edilənlərin əslən Salmas şəhərindən olan Saleh Qasımi və Mənsur Əbdizadə, habelə Nəğədə (Sulduz) şəhərindən olan Cəlal Sərdarifərd olduğunu açıqlayıb.

Norveçdə yerləşən İran İnsan Haqları (IHR) mart ayının 1-də Urmiyədə başqa bir məhkumun edam hökmünün tətbiq edildiyini bildirmişdi.

Hüquq müdafiə təşkilatları İran hökumətinin ölüm hökmündən etnik azlıqlara qarşı repressiya vasitəsi kimi istifadə etdiyini önə çəkirlər.

XS
SM
MD
LG