Accessibility links

Rusiya qüvvələri tərəfindən əsir götürülən mülki vətəndaşın həyat yoldaşının keçdiyi sınaqlar


Rusiya qüvvələri tərəfindən əsir götürülən mülki vətəndaşın həyat yoldaşının keçdiyi sınaqlar
please wait

No media source currently available

0:00 0:03:53 0:00

Rusiya qüvvələri tərəfindən əsir götürülən mülki vətəndaşın həyat yoldaşının keçdiyi sınaqlar

Ukrayna liderləri və hüququ müdafiəçiləri deyir ki, Rusiya tam-miqyaslı hərbi müdaxiləyə başlayandan bəri 200 mindən çox ukraynalını əsir saxlayır.

“O mənə bu selfini göndərib – bax, mən artıq rəsmi olaraq könüllüyəm dedi,” qaçırılan vətəndaşın həyat yoldaşı Olqa Kayova deyir.

Olqa və Yuri Kayovı uKRAYANNIn cənubunda yerləşən Xersondandırlar. Müharibə başlayadna Yuri Ukraynaın nəzarətində olan Zaporijyedən həmin zaman Rusiyanın işğalı atında olan Xersona humanitar yardım çatıran Qrımızı Xaç təşəbbüsünə qoşulmuşdu. Həmin səfərlərin birində isə Yuri Rusiya qüvvələri tərəfindən saxlanılıb.

“2022-ci il avqustun altısında Yuri ilə birlkdə olan bir tanış mənə zəng etdi və ərimin saxlanıldığını söylədi,” Olqa deyir.

Daha sonra Olqa ərinin işğal olunan Melitopol və Xerson şəhərlərində saxlanıldığın, ardınca isə Simferopolda təxricdaxanaya köçürüldüyünü öyrənib. Sonradan isə heç bir məlumat almayıb və öldüyündən qorxub.

“Oktyabrın 6-a Simferopoldan bir vəkil mənə zəng etdi. O mənə ərimin əli ilə yazdığı bir yazının şəklini göndərdi. Mən o an onun sağ olduğunu anladım. Vəkil dedi ki, Yuri beynəlxalq terrorda iştirak etməkdə ittiham olunub,” Olqa bildirir.

O deyir ki, bir neçə həftə sonra vəkili ona ərinin Moskvada Lefortovo həbsxanasına köçürüldüyü bildirib.

Oktyabrda bir il olacaq ki, Yuri oradadır. Və onun kimi, Ukraynanın Rusiya tərəfindən əsir saxlanıldığı güman edilən çox sayda vətəndaşı var. BMT yüzlərlə bu cür halların olduğunu deyir. Ukrayna liderləri isə deyir ki, bu cür on minlərlə insan var.

Rusiya nə mülki vətəndaşları saxladığını, nə də onları saxlamaq üçün səbəblərini etiraf etmir.

“Ukrayna Parlamentintin İnsan Hüququları Komissarı iddia edir ki, 23-25 min arasında ukraynalı mülki əsir saxlanılır. Yəni bu qədər çox,” İnsna hüququları üzrə mütəxəssis Alyona Lunyova deyir.

Kayov ailəsinin hekayəsi Rafael Lemkin adına Ukraynada Rusiya Cinayətlərinin Sənədləşdirilməsi Mərkəzinin topladığı dəlillər əsasında çəkilən “HerSons” (Onun oğulları) adlı filmə daxil edilib.

“Filmdə dörd mülki əsirin hekayəsi yer alır. Onların üçü hazırda Rusiyada həbsdədir. İkisi Moskvanın Lefortovo həbsxanasında, üçüncüsü ilə Rostov şəhərində saxlanılır. Dördüncü şəxs o vaxtlar işğal olunmuş Xersonda 54 gün əsirlikdə qalıb və hazırda azadlıqdadır,” filmin rejissoru Hanna Bereqova deyir.

Rejissor Hanna Bereqova deyir ki, filmin ən azından daha üç sikveli üçün kifayət qədər material var.

Analitiklər deyir ki, qohumlar və insan hüquqları müdafiəçilərinin əsir saxlanılan ukraynalı mülki vətəndaşlar üçün edə biləcəyi yeganə şey onların işlərini ictimailəşdirməkdir.

Müharibə əsirlərindən fərqli olaraq, oğurlanan mülki vətəndaşlar beynəlxalq hüquqa əsasən əsir mübadiləsində iştirak etmir.

“Müharibə əsirləri ən azından beynəlxalq statusa malikdir. Bu, Cenevrə Konvensiyasına qeyd olunub. Ancaq mülki girovların əsir götürülməsinin heç bir hüquqi əsası yoxdur,” Alyona Lunyova deyir.

O deyir ki, istənilən halda ukraynalı mülki vətəndaşları rusiyalı müharibə əsirləri ilə mübadilə etmək Ukrayna üçün bir seçim deyil.

“İşğal olunmuş ərazilərdə milyonlarla ukraynalı var. Əgər Ukrayna dövləti ukraynalı mülki şəxslərin rus əsgərləri ilə dəyişdirilməsinə icazə versə, sabaha qədər daha 20 min mülki vətəndaşımız əsir götürüləcək,” Alyona Lunyova bildirir.

Ukrayna rəsmiləri və insan hüquqları fəalları əsir götürülmüş mülki şəxslərin azad edilməsinə kömək etmək üçün beynəlxalq, üçüncü tərəfin vasitəçiliyinə çağırırlar.

Bu arada isə olqa Kayova ərinə özəl vəkil tapa bilib.

O, vəkilin səyləri sayəsində vaxtaşırı ərindən onun bir gün evə dönəcəyinə dair ümid verən məktublar alır.

Forum

XS
SM
MD
LG