Accessibility links

Səhiyyə Nazirliyi "risk qrup"una daxil olan şəxslərə çağırış edib


Azərbaycan Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva koronavirusa yoluxanların sayının artması ilə əlaqədar tövsiyələrlə çıxış edib.

Onun sözlərinə görə, əksər hallarda xəstəlik yüngül formada keçir, amma "risk qrupuna" daxil olan şəxslərdə xəstəlik nisbətən ağır keçə bilər.

Buna görə bu vətəndaşlara gigiyenik qaydalara ciddi şəkildə əməl etmələri, koronavirusun ilkin simptomlarını hiss etdikləri təqdirdə dərhal sahə həkimi ilə əlaqə saxlamaları tövsiyə olunur.

Eyni zamanda, onlar ictimai yerlərdə qoruyucu maska və antiseptik məhsullardan istifadə edilməlidir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti sentyabrın 1-dək uzadılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına görə, 2021-ci il mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması, aprelin 15-dən isə Azərbaycana giriş üçün COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənədi təqdim etmək tələbi ləğv edilib.

XS
SM
MD
LG