Accessibility links

Gürcüstan parlamenti “xarici agentlər haqqında” qanun layihəsini ikinci oxunuşda qəbul edib


Gürcüstan parlamenti "Xarici təsir haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib. Bu barədə "Azadlıq" radiosunun Gürcüstan xidməti xəbər verir.

Qanun layihəsinin lehinə 83 deputat, əleyhinə isə 23 deputat səs verib.

Bu gün səhər saatlarında Gürcüstanın baş naziri İrakli Kobaxidze qanun layihəsinə üçüncü, yekun oxunuşda səsvermənin iki həftədən sonra keçiriləcəyini bildirib.

"Əlbəttə, bu gün, üçüncü oxunuşda və [prezidentin] vetosunun aradan qaldırılması zamanı nümayişlər olacaq, lakin biz, əlbəttə, bu qanunu qəbul edəcəyik , uzunmüddətli perspektivdə biz bunu illər boyu ölkəni qütbləşmədən və radikalizmdən sığortalayacağıq".

Ölkə prezidenti Salome Zurabişvili sənəd üçüncü oxunuşda qəbul olunarsa, ona veto qoyacağını vəd edib. Bununla belə, hakim "Gürcü Arzusu" partiyası prezidentin vetosunu ləğv etmək üçün parlamentdə kifayət qədər səs toplayıb.

Bu arada Gürcüstan parlamenti qarşısında etiraz aksiyaları davam edir. "Paper Kartuli" yazır ki, parlament binasının qarşısındakı bütün həyət təhlükəsizlik qüvvələri ilə doludur.

Tbilisidə gün ərzində insanlar respiratorlar (nəfəs aparatları) üçün növbəyə dayanaraq təhlükəsizlik qüvvələrinin ötən gün olduğu kimi etirazlar zamanı nümayişçilərə qarşı qazdan istifadə etmə ehtimalına hazırlaşıb.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 0:12:05 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 0:25:08 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p
XS
SM
MD
LG