Accessibility links

Hüquq müdafiə təşkilatı insan hüquqları ilə bağlı aylıq hesabat yayıb


The Defense Line held a briefing
The Defense Line held a briefing

“Müdafiə Xətti” hüquq müdafiə təşkilatı aprelin 18-də yaydığı 2022-ci ilin mart ayında ölkədə insan hüquqlarının pozulması haqqında hesabatında Azərbaycanda insan haqları ilə bağlı qanun pozuntularının daha da çoxaldığını, təqiblər, qanunsuz həbslər və ədalətsiz məhkəmə hökmlərinin davam etdiyini bildirib.

Bu gün keçirilən brifinqdə təşkilatın icraçı direktoru Rüfət Səfərov Tovuz rayon Dondarquşçu kəndində azyaşlı Nərmin Quliyevanın ölümü ilə nəticələnən cinayət işi üzrə məhkəmə prosesində boşluqların və bu iş üzrə günahlandırılan İlkin Süleymanovun təqsirsizliyinə dair faktların olduğunu bildirib.

Eyni zamanda brifinqdə Demokratiya 18 Hərəkatının ofisinə olan polis basqından sonra ofisin bağlanmasından, Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Şahin Hacıyevin həbsinin qanunsuzluqlarından danışılıb.

Rüfət Səfərov Samir Aşurovun Almaniyadan deportasiyası ilə bağlı məsələyə toxunub. İcraçı direktor bildirib ki, bundan əvvəl də Almaniyada mühacir fəal kimi fəaliyyət göstərən, hakimiyyəti tənqid edən 4 nəfər deportasiya olunub və onlar ölkəyə gəldikdən sonra nakotiklə şərlənərək həbs edilib.

“Azərbaycanda ilk dəfədir ki, səsləndirdiyi fikrə görə partiya sədri həbs olunub. Müxalif Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev səsləndirdiyi fikrinə görə həbsdədir,” hüquq müdafiəçisi bildirib.

Öz növbəsində, rəsmi qurumlar bu hesabatla bağlı hələ şərh verməyib.

XS
SM
MD
LG